Azərbaycanda koronavirusun beşinci dalğası gözlənilirmi? - Ekspertlərdən ŞƏRH

Azərbaycanda koronavirusun beşinci dalğası gözlənilirmi? - Ekspertlərdən ŞƏRHPayızda xəstəliklər bir-birinə qarışır

Payıza doğru koronavirusun 4-cü dalğası bitdi. Hazırda gündəlik yoluxma sayı 1000-in ətrafındadır. Görünən odur ki, bu dalğanın son mərhələsində yoluxma daha yüksək oldu. Əvvəlki dalğaların son mərhələsində yoluxma sayı qat-qat aşağı, hətta ikirəqəmli idi. Uzun müddətdir davam edən yüksək yoluxma rəqəmlərində enmələr müşahidə olunduqca, karantin rejimi ilə bağlı yumşalmalara da gedildi. Bir müddət əvvəl təhsil ocaqları və bəzi ictimai iaşə obyektləri ilə bağlı qadağalar da aradan qaldırıldı. Məhz bundan təxminən iki həftə sonra isə yoluxma sayında azalma səngidi. Payız fəslinin gəlişi, havaların soyuması isə mövsümi xəstəliklərin də artmasına səbəb olub. Təbii ki, bu da cəmiyyətdə müəyyən narahatlıq yaradıb. Beşinci dalğa ola bilər? Əgər yoluxma artarsa, yenidən ciddi qapanmaya ehtiyac yaranacaq?

"Kaspi" qəzeti bu və ya digər aktual məqamlarla əlaqədar mütəxəssislərin rəyini öyrənib.

Təhlükəli deyil

Tibbi ekspert Adil Qeybulla deyir ki, insanlarda kollektiv immunitetin formalaşmasına gətirib çıxaran səbəblər var: "Ayrı-ayrı sahələrdə yaradılan yumşaldılmalar yoluxmalar üçün şərait yaradır. Lakin artıq xeyli adam virusa yoluxub və insanlarda immunitet yaranıb. İnsanların bəziləri birinci, bəzisi isə ikinci doza vaksin olunub. Vaksindən 45 gün keçdikdən sonra immun sistemi formalaşır, xəstəliyə qarşı davamlılıq yaranır. İnsanlar xəstəliyə yoluxduqca, vaksin olunduqca yavaş-yavaş kollektiv immunitet formalaşır. Artıq insanlarda immunitet formalaşdığına görə, nə indi, nə də gələcəkdə ciddi təhlükə görmürəm".

Artım baş verərsə…

Tibbi ekspert bildirir ki, yoluxmalar artsa da, narahatlıq yaradan vəziyyət yoxdur: "Müəyyən qədər artım ola bilər, amma bu da yenidən tam qapanmalara getməyə ehtiyac yaratmır. Çünki dünyada yeni virus dalğası, mutasiya müşahidə edilmir".

Yumşalmaların nəticəsi

Adil Qeybullanın sözlərinə görə, karantin rejiminin yumşaldılmasına yeni gedilib, bunun hansı nəticə verəcəyini bilmək üçün zaman lazımdır: "Nə isə söz demək üçün kifayət qədər zaman keçməyib. Təxminən bir ay sonra hansı nəticələrin olacağını daha dəqiq görə bilərik. Məncə, Azərbaycanda qapanmalara getməyə ehtiyac yoxdur".

Özünü qoru

A.Qeybulla deyir ki, yoluxma rəqəmlərində yüksəlmənin olmaması üçün insanlar yumşaldılmalar dövründə özlərini ikiqat qorumalıdır: "İnsanlar sıx, qapalı yerdə virusdan özlərini qorumaq üçün karantin tədbirlərinə əməl etməlidirlər. Maska taxmaq, məsafə saxlamaq, əllərin dezinfeksiyasına ciddi əməl etmək mühüm şərtlərdəndir. Maska taxmaqla pandemiya dövründə insanların mövsümi xəstəliklərə daha az yoluxduğunu gördük".

Payız xəstəlikləri

İnfeksionist Mərdan Əliyev deyir ki, payızda, sadəcə, koronavirus deyil, mövsümi xəstəliklərdə də artımın baş verməsi normaldır: "Payız fəsli olduğu üçün koronovirusa yoluxanların da sayında artımın olması ehtimalı var. Artımın baş verməsinin səbəbi payızda insanların evə çəkilməsi, havalanmanın, günəşin aktivliyinin azalmasıdır. Digər mövsümi infeksiyalar da payız fəslində artır. Buna görə də, belə deyə bilərik ki, payızda xəstəliklər bir-birinə qarışır".

Yoluxmada artım normaldır

Mərdan Əliyev bildirir ki, müəyyən enmələrdən sonra yoluxmanın artması pandemiyanın qaydasıdır: "Karantin qaydaları yumşaldıqda, məhdudiyyətlər aradan qaldırıldıqda yenidən yoluxma sayında artmanın baş verməsi gözlənilən haldır".

Məktəblər bağlana bilər

İnfeksionistin sözlərinə görə, müəyyən sahələrdə qapanmaların olması başadüşüləndir: "Yoluxma artarsa, qismən qapanmalara gedə bilərik. Məsələn, məktəblər bağlana bilər. Amma daha ciddi qapanmalara gedilməsi ehtimal olunmur".

Yoluxmaqdan qorunmaq

M.Əliyev deyir ki, həm peyvənd olunmuş, həm də peyvənd olunmamış şəxslər özlərini pandemiyadan qorumalıdır: "Çünki peyvənd olunmuş şəxslər də virusa yoluxa bilirlər. İstər açıq havada, istərsə də qapalı məkanda, insanların sıx toplaşdığı yerlərdən uzaq olsunlar. İmkan daxilində yığıncaq, qonaqlıq, toylara getməmək lazımdır. Əgər ora getməyə məcburuqsa, mütləq şəkildə maskadan istifadə etməli, insanlarla yaxın təmasdan maksimum uzaq olmalıyıq. Çünki koronovirus, əsasən, nəfəs vasitəsi ilə yayılır. Bu şərtlərə əməl olunarsa, virusdan qorunmaq olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1028   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 291
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

11.11.2026 274
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 180
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 179
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11.11.2026 115
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.