Altı bacının bir qardaşı, XTQ-nin şəhid giziri Vasif Mehbalıyev - VİDEO

Altı bacının bir qardaşı, XTQ-nin şəhid giziri Vasif Mehbalıyev - VİDEOHər gün vətən müharibəsinin şəhidləri ilə bağlı sujetlərə yer ayırmağa çalışırıq. Onların adları həyatları hekayələri fərqli olsa da sonu birdir- hər insana qismət olmayan şəhidlik məramı. Bu dəfə 44 günün şahidi və şəhidi olmuş xüsusi təyinatlı Vasif Mehbalıyevdan söz açacağıq.

Dostunu xilas etmək üçün həyatını təhlükəyə atdı və ali mərtəbəyə - şəhadətə yüksəldi. Söhbət Neftçalada boya başa çatmış Vasif Gülhəsən oğlu Mehbalıyevdən gedir.

Beş bacının bir qardaşı olan Vasif Mehbalıyev 1994-cü ildə Neftçalanın Aşağı Surra kəndində anadan olub. 2012-ci ildə həqiqi hərbi xidmətdə olub, 2013-cü ildə hərbi xidməti başa vurub.

Atası Gülhəsən Mehbalıyev deyir ki, oğlu hərbi xidmətdən qayıtsa da, fikri-zikri hərbidə qalmışdı. Elə bu istəklə də 2016-ci ildə Vasif gizirlik kursuna yazılıb. Altı aylıq təlimdən sonra tank komandiri kimi hərbi xidmətə başlayıb. 2017-ci ildən Vasif Mehbalıyev təcrübəli hərbçi kimi XTQ sıralarına cəlb edilib. Vətən müharibəsi başlayanda o, Cəbrayıl istiqamətində döyüşlərə qatılıb.

Vasif Mehbalıyev Cəbrayıl və Füzuli rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. O, oktyabrın 15-də Füzuli istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarmaq istərkən düşmən gülləsinə tuş gələrək şəhid olub.

Bu gün Vasif Mehbalıyevin anım günündə ata ocağı Neftçala sakinlərinin ziyarətgahına çevrilib. Böyükdən kiçiyə hər kəs bu ocağa axın edərək qəhrəman şəhidə öz dərin ehtramını ifadə edib.

Qeyd edək ki, Vasif Mehbalıyev şəhadətindən sonra "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1561   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 291
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

11.11.2026 274
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 180
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 179
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11.11.2026 115
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.