Oğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTO
Çində kiçik bir onlayn mağazanın sahibi ölümcül xəstə oğlunun müalicəsi üçün kimyanı öyrənməyə və genetik araşdırmalara başlayıb.
Yunnan əyalətinin Kunmin şəhərindən olan Syuy Veyin bir yaşlı oğluna Menkes xəstəliyi diaqnozu qoyulub. Belə hallarda ömür müddəti üç ildən çox olmur. Eksperimental klinikada müalicə xeyir eləmədiyi, həmçinin Çində müalicə üçün əhəmiyyətli olan mis histidin əldə edə bilmədiyi (pandemiyanın yaratdığı məhdudiyyətlərə görə onun xaricdən gətirilməsi də mümkün olmur) üçün orta məktəb təhsili olan Vey dərmanı özü hazırlamaq qərarına gəlir.
O, müstəqil şəkildə kimyanı öyrənməyə başlayır. Məlumatları isə ABŞ-ın elmi jurnallarından götürür. Bundan başqa bir neçə universitetdə ictimai kurslara yazılır və farmasevtliyi öyrənməyə başlayır.
Tezliklə o, mənzilində 3100 dollara kimyəvi laboratoriya qurur və dərman hazırlamağa başlayır.
O, mis histidi əldə etdikdən sonra komponenti dovşanların, ardınca isə öz üzərində sınayıb, təhlükəsizliyinə əmin olduqdan sonra isə oğluna vurub. Daha sonra o, oğlunu xəstəxanaya analizlər üçün aparıb.
Bir müddət sonra Syuy Vey Menkes xəstəliyində yardımı görünən daha bir preparat – elesklomol hazırlayır və əvvəl dovşanlarda, sonra isə özündə sınaqdan keçirdir.
"Dərman oğlumu sağaltmasa da, halının pisləşməsinin qarşısını aldı", - deyə ata bildirib.
Qeyd edək ki, Veyin oğlu sərbəst hərəkət edə, danışa bilmir, ancaq duru yemək yeyir. Bununla belə onu güldürəndə gülür. Syuy Vey genetika sahəsində tədqiqatların oğlunu sağaldacağına ümid edir. Hazırda kişi genetik mühəndisliyi öyrənmək üçün universitetə hazırlaşır.
"Hesab edirəm ki, bütün çətinliklərin öhdəsindən gəlmək olar və ümid edirəm ki, oğlum düzələcək. Mən sadəcə əlimdən gələni etməliyəm", - deyə kişi bildirib.
Yerli Səhiyyə qurumundan bildirilib ki, Syuy Vey dərmanı ancaq öz oğlu üçün istehsal etdiyi müddətdə və onu üçüncü şəxsə satmadığı halda hökumət onu məsuliyyətə cəlb etməyəcək.(oxu.az)



BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1957 Tarix: 16 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPeyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055