Ekspert: "Yük maşınlarını qəzalardan qorumaq üçün taxoqrafdan istifadə edilməlidir"
"Yük maşınlarına və avtobuslara taxoqraf quraşdırılmalıdır. Qanunda bu barədə yazılıb, onu gerçəkləşdirmək lazımdır".
Bunu "Report"a açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.
O, ilk növbədə Bakıda yük avtomobili ilə avtobusun toqquşmasından danışıb: "Bu qəza böyük bir faciədir. 5 nəfərin ölümü, onlarla insanın yaralanması ağır hadisədir. Hadisə yerindən videoya da baxdıq və məlum oldu ki, yük avtomobilinin sürücüsü avtobusun arxasınca hərəkət edir, xeyli ara məsafəsi var və avtobus dayanacağa daxil olmaq üçün sürəti azaltdıqda yük maşını ona arxadan çırpılır. Hadisəni törədən sürücü ilkin olaraq onu deyib ki, sükan arxasında yuxulayıb. Bəlkə də yuxulamayıb, yatmayıb, sadəcə olaraq yorğunluqdan, yuxusuzluqdan süstləşib və hadisəyə reaksiyası gecikib. Videodan da görürük ki, qəzadan yayınmaq üçün sola çəkir. Amma gec olur. Yəni fikri yolda olsaydı, vaxtında reaksiya versəydi bəlkə də hadisə baş verməzdi. Ona görə də, yük avtomobillərini və avtobusları idarə edən sürücülərin iş və istirahət rejiminə əməl etməsinin vacibliyi gündəmə gəlir. Belə hadisələr minik avtomobilini idarə edən sürücülər tərəfindən də törədilir. Lakin yük maşınları və avtobuslar belə qəzalarda daha ağır nəticələr verdiyi üçün onlara nəzarət mexanizmi daha vacibdir. Bu nəzarəti həyata keçirmək yalnız nəqliyyat vasitələrinə taxoqraf quraşdırılması ilə mümkündür".
Ekspert bildirib ki, nəqliyyat vasitələrində taxoqraf olarsa, yol polisi yük maşınlarına ciddi nəzarət edəcək:
"Bəzən deyirlər ki, yol polisi hara baxırdı? Taxoqraf yoxdursa yol polisi hardan bilsin ki, sürücü normal dincəlib, yoxsa dayanmadan maşın sürür? Taxoqraf hər şeyi qeydə alır, sürücünün iş və istirahət rejiminə nəzarət etmək üçün önəmli texniki vasitədir. O qurğu maşında olduqda yol polisi saxlayıb taxoqrafa baxır və görür ki, sürücü dayanmadan işləyib, 4 saatdan artıq maşın sürüb. O zaman polis sürücünü maşını idarə etməkdən çəkindirib məcburi istirahətə göndərir".
E.Muradlının sözlərinə görə, sürücü ən azı 45 dəqiqə dincələndən sonra hərəkətə davam edə bilər:
"Qanun nə tələb edirsə o cür də davranmaq lazımdır. Yol polisi taxoqrafsız maşını saxlayıb sürücüyə nəsə irad bildirsə o saat gedib şikayət edəcək ki, yol polisi məni qanunsuz saxladı, mənim hüquqlarım pozuldu. İllərdir yol polisi bütün sürücülərə müraciət edir ki, yuxusuz, yorğun olduqda DYP postlarına yaxınlaşıb orada müvəqqəti dayansınlar, dincəlib sonra yola çıxsınlar. Lakin buna çox az adam riayət edir. Yuxusu gələn də dirənir ki, yox, heç nə olmaz, gedib çatacam, amma çata bilmir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 876 Tarix: 16 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11.11.2026 328 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
11.11.2026 230 Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11.11.2026 280 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11.11.2026 276 Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə
11.11.2026 186 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
11.11.2026 245 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11.11.2026 317 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11.11.2026 301 Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir
Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin
11.11.2026 291