Tibbi bankalar haqqında HƏQİQƏT: Kimə olar, kimə olmaz?
İlk "banka"ları hələ Qədim Misirdə Və Qədim Çində istifadə edidilər. Onları mis, burunc və gildən hazırlayırdılar. Yaxın keçmişdə tibbi bankalar tez-tez istifadə olunan müalicə üsullarından biri idi.
Bankaları xəstələrə həkimlər təyin edirdi. Lakin hal hazırda bankaları daha çox xalq təbabəti üsullarına aid edirlər və həkimlərin əksəriyyəti onları xəstələrə təyin etmirlər. Bir çox Avropa ölkələrində bankalardan ümumiyyətlə istifadə olunmur, ABŞ-da onlar hətta qadağandır.
BiG.AZ Saglamolun.az-a istinadən xəbər verir ki, əvvəllər bankalar əksər hallarda müxtəlif tənəffüs orqanları xəstəlikləri zamanı istifadə olunurdu. Belə hesab olunurdu ki, banka qoyulan yerdə qan və limfa dövranı güclənir ki, nəticədə orqanizm xəstəliklə daha aktiv şəkildə mübarizə aparır. Lakin bu qismən belədir.
Bəli, bankaların təsirindən qan və limfa dövranı həqiqətən güclənir ki, bunun nəticəsində orqanizmdə olan infeksiya daha sürətlə miqrasiya etməyə (hərəkət etməyə) başlayır və tez yayılır.
Məhz bu səbəbdən hal hazırda həkimlər kəskin traxeit, laringit, kəskin və xroniki bronxit, pnevmoniya (kəskin dövrdə), plevrit zamanı bankaların istifadə etməsinə qəti şəkildə icazə vermirlər. Bankaların istifadəsi pnevmoniya zamanı xüsusilə təhlükəlidir ki, xəstədə pnevmotoraks (ağciyərin toxumasının yırtılması) inkişaf edə bilər.
Bankalar sadaladığımız xəstəliklərin yalnız sağalma dövründə, sağalma prosesini bir qədər sürətləndirmək üçün istifadə oluna bilər.
Bankalar ağrıları (baş, əzələ, oynaqlar) çox yaxşı müalicə edir. Belə hesab olunur ki, bankalar əzələlərin gücünü artırır. Məhz bu səbənbdən son zamanlar müxtəlif iri idman yarışlarında bəzi idmançılar bu üsuldan çox geniş istifadə edir. Mütəxəssislər onu hətta "təbii dopinq" adlandırırlar.
Bankalar nə zaman qadağandır?
Bankalar müxtəlif şişlər (xoş- və bədxassəli) zamanı əks göstəriş sayılır.
Müxtəlif dermatitlər (dəri iltihabları), dəri infeksiyaları, dəri travmaları zamanı da bankaları qoymaq olmaz.
Qıcolmalara meyilli olan insanlara, xəstəlik və ya digər səbəblərdən həddindən artıq arıqlamış və zəifləmiş insanlara, ciddi ürək xəstəlikləri olan insanlara (ürək qüsurları, ağır hipertoniya, stenokardiya tutmalarının tez-tez təkrarlanması, kəskin ürək çatışmazlığı və s.), 3 yaşına kimi olan uşaqlara tibbi bankalar qoyulmur.
Xəstənin qızdırması 37,5 C-dən yuxarı qalxanda da bankaların istifadəsi qadağandır.
Beləliklə, tibbi bankaları yalnız həkimin müayinəsindən sonra və həkimin icazəsi ilə istifadə etmək olar. Əks halda siz xəstənin sağlamlığına ziyan vura bilərsiniz.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2236 Tarix: 10 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476