"Yod setkası" nəyi müalicə edir? - Düzgün bildiyimiz YALNIŞLAR

"Yod setkası" nəyi müalicə edir? - Düzgün bildiyimiz YALNIŞLARHər evin dərman qutusunda yod şüşəsini tapmaq olur. Yod ilk tibbi yardım vasitəsi kimi müxtəlif travmalar, iltihablar və s. zamanı geniş istifadə olunur.

Bəzi pozulmalar zamanı yod həqiqətən çox təsirli sınanmış vasitədir. Lakin yoddan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər.
Açıq yaralar zamanı yod yaranın üzərinə düşməməlidir - bu yaranın daha da böyüməsinə, güclü ağrılara səbəb olacaq. İlk tibbi yardım göstərdikdə yod yaranın üzərinə deyil, yaranın ətraflarına (yalnız sağlam dəriyə!) çəkilə bilər.
Yodla inhalyasiya etmək olmaz. Bu ağ ciyərin toxumasının zədələnməsinə səbəb olacaq.

Yod daxilə qəbul etmək olmaz (hətta 1-2 damcı həcmində) - bu qida borusunun və mədənin selikli qişasının güclü yanıqlarına, hüceyrələrin nekrozuna (məhv olmasına) səbəb olacaq.

Dezinfeksiya təsirindən əlavə yod qıcıqlandırıcı təsirə malikdir. Dəriyə çəkildikdə yod bu sahədə damarların genişlənməsinə, qan dövranının güclənməsinə səbəb olur. Nəticədə orqanizm pozulma ilə daha fəal şəkildə mübarizə aparır - parçalanma məhsulları, toksinlər buradan daha tez xaric olunur, immun hüceyrələri bura yönəlir. Bu isə ağrıların və iltihabın azalmasına, sağalmanın tezləşməsinə, odemlərin və bərkimiş sahələrin daha tez sovrulmasına kömək edir.

Təbii ki, "yod setka"sı yalnız köməkçi müalicəvi vasitə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. İstənilən qalxanvari xəstəlikləri zamanı yod "setka"sı qəti əks-göstərişdir!

Yod "setka"sı bu kimi pozulmalar zamanı istifadə oluna bilər:

- osteoxondroz (boyun və bel ağrıları zamanı)

- lyumbaqo (bel ağrıları)

- işias (bel nahiyəsində başlayan və sonra sağrı və budun arxa hissəsinə yayılan ağrı)

- nevralgiya (bədənin istənilən nahiyəsində nevroloji ağrı)

- soyuqdəymə xəstəlikləri, kəskin respirator xəstəliklər, bronxit

- mialgiyalar (əzələ ağrıları)

- hematomalar

- bağların dartılması

- oynaqlarda ağrılar

- əzələ daxili inyeksiyalardan sonra əmələ gəlmiş bərkimələr.

Yod "setka"sını çəkmək üçün qulaq çöpü istifadə olunur. Qulaq çöpü yoda yüngül datırılır və biri-birindən 1 sm məsafədə olan düz xətlər çəkilir (əvvəl şaquli, sonra üfqi).

Yod yalnız sağlam zədələnməmiş dəriyə çəkilə bilər. Yoddan tez-tez istifadə etmək olmaz - həftədə 2-3 dəfə.

Bir çox pediatrlar uşaqlarda yod "setka"sından istifadə etmək tövsiyə etmir. Belə hesab olunur ki, bu uşaqların sağlamlığına ziyan gətirə bilər. Əgər siz uşağınızın müalicəsində yod "setka"sında istifadə etmək istəyirsinizsə, mütləq pediatrla məsləhətləşin.

Diqqət!

- Əgər siz allergik reaksiyalara meyillisinizsə, ehtiyatlı olun - yod güclü allergik reaksiyalara səbəb ola bilər.

- Əgər siz heç vaxt yoddan istifadə etməmisinizsə, yoda olan həssaslığınızı yoxlayın - qolun iç hissəsində yodla xətt çəkin və 30 dəqiqə gözləyin. Qızartı, qaşınma, ödem yoxdursa - "yod setka"sından istifadə edə bilərsiniz.(metbuat.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2649   Tarix: 10 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Macarıstan paytaxtında QEYRİ-ADİ HADİSƏ: Qaban metroya girdi, sərnişinlər təxliyə edildi

Macarıstanın paytaxtı Budapeştdə metro stansiyalarından birində yaralı qabanın peyda olması səbəbindən sərnişinlər təxliyə edilib. xəbər verir ki, bu barədə Macarıstanın "Portfolio.hu" xəbər portalı məlumat yayıb. Məlumata görə, təxminən 60 kiloqram ağırlığında heyvan əvvəlcə ölkə parlamentini

09.08.2026 434
.

Smartfonu uzun müddət qoruyub saxlamağın düzgün yolları AÇIQLANDI

Smartfonu uzun müddət istifadə etmədən saxlayarkən müəyyən qaydalara əməl etmək lazımdır. bildirir ki, bu barədə "BGR" portalı yazıb. Portalın mütəxəssisləri müəyyən səbəblərdən smartfonlarını uzun müddət istifadə etmədən saxlamalı olan şəxslər üçün tövsiyələr siyahısı hazırlayıblar. İlk növbədə

09.08.2026 249
.

Ağcaqanadlardan qorunmağın ən sadə yolu açıqlandı

Ev şəraitində ağcaqanadlardan qorunmaq üçün qablarda və digər yerlərdə yığılan durğun suları vaxtında boşaltmaq lazımdır. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, ağcaqanadlar əsasən durğun sularda çoxaldığı üçün evdə və həyətlərd

02.08.2026 516
.

Dörd nəsilin fərqi: Cəlbedicilik haqqında anlayış tamamilə dəyişir

İnsanların cəlbedicilik haqqında təsəvvürləri zaman keçdikcə dəyişir. Qaynarinfo xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, gənclik və simmetrik üz cizgiləri bütün dövrlərdə ümumi meyar hesab olunsa da, hər nəslin özünəməxsus üstünlükləri var. Mütəxəssislərin fikrincə, əvvəlki nəsillə

06.08.2026 347
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

05.08.2026 2463
.

Paltaryuyan maşında sıxmadan sonra paltarların yaş qalmasının SƏBƏBİ

Paltaryuyan maşından islanmış paltar çıxarmaq hər kəsi narahat edir. Lakin bu problem hər zaman ciddi nasazlıqdan xəbər vermir. Bir çox hallarda səbəbi özünüz müəyyən edib aradan qaldıra bilərsiniz. xarici mediaya istinadən xəbər verir ki, ilk növbədə təhlükəsizlik qaydalarına əməl edin. Maşını elektri

02.08.2026 300
.

İlk iş günündə 47 saniyədən sonra QOVULDU

İsveçdə yaşlılara qulluq müəssisəsində işə başlayan əməkdaş ilk iş gününün başlamasından cəmi 47 saniyə sonra işdən çıxarılıb. xəbər verir ki, kişi işə qəbul olunarkən panik atak keçirə biləcəyini rəhbərliyə əvvəlcədən bildirib. Buna baxmayaraq, müəssisə onu işə götürüb. İlk iş günündə həyəcan keçirə

02.08.2026 253
.

Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları

ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi

14.08.2026 883
.

İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ

"Günəş altında qaldıqdan dərhal sonra qəfil soyuq suya girmək əzələlərdə spazmalara səbəb ola bilər". RT-yə istinadən xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq Anastasiya Korolyova deyib. Həkimin sözlərinə görə, suda üzərkən yaranan qıcolmalar əsasən əzələ yorğunluğu ilə əlaqədardır, mikroelemen

02.08.2026 235
.

TOP MP3