Məhəllədəki davada qardaşı öldü, cəmi 40 günə ata-anası da həyatını itirdi
Xırdalanda iki nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan sonuncu prosesdə təqsirləndirilən Bahadur Əliyev və Xəlil Məmmədova hökm oxunub.
Hökmə əsasən, X.Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. B.Əliyev isə xuliqanlıq ittihamı ilə 3 il 6 ay həbs cəzası alıb.
Məhkəmə araşdırmasında işin təfərrüatı da məlum olub. Belə ki, iş üzrə zərərçəkən şəxslər Tural Quliyev, Yaşar Mövsümov, Rəvan Mirzəyevdir. Adıçəkilən bu üç nəfər həm də təqsirləndirilən şəxsdir. Onlar da kütləvi davada adam öldürməkdə, Bahadur və Xəlilə ağır xəsarətlər yetirməkdə ittiham edilirlər.
Dava Rəvan Mirzəyevin xanım tanışı ilə Xəlil Məmmədovun yaşadığı məhəlləyə gəlməsinə görə başlayıb. Məhəllədə R.Mirzəyevin yanındakı qızla səmimi hərəkətləri X.Məmmədovun xoşuna gəlməyib. O, öncə Rəvanı çağıraraq xəbərdarlıq edib. Daha sonra başı ilə zərbə endirərək məhəllədən qovub.
Rəvan məhəllədən uzaqlaşsa da, bir neçə saat sonra Tural, Yaşar və Hüseynağa adlı tanışları ilə Xəlilgilin məhəlləsinə qayıdıb və kütləvi dava baş verib. Dava zamanı hər iki tərəfdən bir nəfər öldürülüb. Rəvanla gələn Hüseynağa və Xəlilin qardaşı Məmməd vəfat ediblər.
Məhkəməyə ifadəsində Xəlil Məmmədov hadisənin necə baş verdiyini belə izah edib:
"Bizim ev həyət evidir, qapımda qızla oğlan əxlaqsız hərəkət edirdi. Oğlana dedim ki, bu, nə hərəkətdir? Dedi ki, qışqırma. Mən də boğazından silkələyib bir kəllə vurdum. Dedim ki, rədd ol burdan. 6-7 saat sonra bir neçə nəfər məhəlləyə gəlib dava saldılar.
Qaranlıq olduğu üçün məni və qardaşımı kimin vurduğunu dəqiq bilmirəm. Qardaşım Məmmədi öldürəndə mən də maşından bıçaq götürüb onları vurdum. Özüm yaralı vəziyyətdə qardaşımı maşına qoyub xəstəxanaya getdim. Maşında olanda qardaşım köynəyini çıxardı, kürəyindən qan axırdı. Son sözü "mən ölürəm" oldu. Xəstəxanaya çatanda artıq Məmməd vəfat etmişdi".
Hadisə zamanı X.Məmmədovun özünə də 11 bıçaq zərbəsi dəyib. Hadisədən sonra X.Məmmədovun ata və anasının səhhəti pisləşib. 40 gün içində onlar da vəfat ediblər.
R.Mirzəyev isə ifadəsində qeyd edib ki, Xəlilgilin məhəlləsində əxlaqsız hərəkətlər etməyib:
"Həmin qızla oraya kirayə evə baxmağa getmişdik. Bu vaxt Xəlil dedi ki, gedin buradan. Xəlilə dedim ki, səliqəli danış. Mənə yaxınlaşıb kəllə vurdu. Mən də böyük qardaşım kimi bildiyim Turala zəng edib belə bir "tema" olduğunu dedim".
Məlum olub ki, dava zamanı Rəvan kənarda olub və heç bir müdaxilə etməyib.
Rəvan tərəfdən davaya qoşulan Tural Quliyev isə məhkəmədə bildirib ki, onunla birlikdə Xırdalana gedən Hüseynağa adlı dostu da kütləvi davada bıçaqlanaraq öldürülüb.
Prosesdə heç bir tərəfdən ölənləri kimin bıçaqladığını etiraf edən olmayıb.
Qeyd edək ki, kütləvi davada qarşı tərəfdə olan Tural Quliyev, Yaşar Mövsümov və Rəvan Mirzəyevin məhkəmələri davam edir. Yaxın günlərdə onlar barəsində də məhkəmə hökmü çıxarılacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2189 Tarix: 07 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11.11.2026 328 Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?
Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı
11.11.2026 147 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
11.11.2026 293 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11.11.2026 301 İspaniyada kirayə və mənzil böhranı
İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd
11.11.2026 249 ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?
ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v
11.11.2026 284 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc
11.11.2026 197 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
11.11.2026 229 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11.11.2026 276