Azərbaycan etibarlı tərəfdaşdır

Azərbaycan etibarlı tərəfdaşdırDövlət başçısı İlham Əliyevin Zəfərimizdən sonra xarici mətbuata hər bir müsahibəsini 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi vaxtlarda müsahibələri ilə müqayisəli təhlil etdikdə açıq-aydın görünür ki, burada 30 illik işğal dövrünün reallıqları öz əksini tapmaqla yanaşı, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsindən deyil, dövrün, zamanın tələblərinə uyğun olaraq gündəmə gətirilən məsələlərdən, ən əsası sülh müqaviləsinin imzalanması ilə regionda sabitliyin, təhlükəsizliyin yaradılması zərurətindən bəhs olunur.
Oktyabrın 2-də Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi bir çox məqamlarla diqqəti özünə çəkir. BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün müharibə bitəndən sonra birinci dəfə baş verməsindən, Azərbaycanın sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olmasından və qarşı tərəfdən uzun müddətdir ki, buna cavab gözləməsindən bəhs edən Prezident İlham Əliyev bildirmişdir ki, mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır.
Hazırkı dövrün reallığı budur ki, Azərbaycan diktə edən tərəfdir. Regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsinə səy göstərməklə yanaşı, işğalçı dövlətdən də 10 noyabr üçtərəfli Bəyanatının müddəalarının icrasını tələb edir. 44 günlük Zəfər müharibəmizin ildönümü ərəfəsində qalib ölkənin mövqeyinin qalib Prezidentdən öyrənilməsi dünyanın aparıcı media qurumları üçün prioritet təşkil edir.
Hazırda iki mühüm məqam dünyanın diqqətində olmalıdır. Bunlardan biri Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni güc nisbəti, digəri isə bu gerçəkliyin dünya tərəfindən artıq qəbul edilməsidir. Cənab İlham Əliyev müsahibədə jurnalistin yeni güc nisbətinin yaradılması ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki, Türkiyə və Rusiyanın rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Müharibə zamanı Türkiyə başlanğıcdan Azərbaycana dəstək verdi. İndi isə müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini həyata keçirirlər. Artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır. Azərbaycan ilə Ermənistan arasında güclər balansının hələ xeyli müddət əvvəl dəyişdiyini qeyd edən dövlət başçısı vurğulamışdır ki, həm biz özümüzün, həm də Ermənistanın potensialını bilirdik.
Müsahibədə diqqət çəkən məqamlardan biri mülki əhalinin işğaldan azad olunan ərazilərə nə zaman qayıdacağı ilə bağlı ünvanlanan suala cavab oldu. "Əlbəttə, burada ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik" söyləyən dövlət başçısı yenə də bu işdə əsas rəqibimizin zaman olduğunu vurğulayıb.
Ölkə Prezidenti ərazilərin minalardan təmizlənməsi prosesinə diqqəti yönəldərək bərpa və quruculuq işlərində bu məsələnin önəmini xüsusi diqqətə çatdırıb. Bu fakt da bir daha açıqlanıb ki, Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqlik dərəcəsi 25 faizdir. Təbii ki, işğalçı dövlətdə bu ərazilərin mina xəritələri vardır. Onları verməməklə həm mülki əhalinin. hərbçilərin həlak olmalarına, yaralanmalarına, həm də bərpa və quruculuq işlərinin uzanmasına səbəb olurlar. Minalardan təmizlənmiş ərazilərdə işlər davamlılığı ilə diqqət çəkir. Məlumdur ki, ilin sonuna, yaxud gələn ilin əvvəlinə "ağıllı kənd" layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndi sakinlərini qarşılayacaq. Bütün şəhərlər üçün baş planlar hazırlanır. Artıq Ağdam və Şuşanın baş planı təqdim edilib. Əsas məqsədlərdən biri keçmişlə müasirliyin vəhdətini yaratmaqdır. Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə işğaldan azad edilmiş ərazilərdə bütün işlərin "ağıllı şəhər" və "ağıllı kənd" layihələri çərçivəsində həyata keçirilməsi, infrastrukturun yenilənməsi təqdirəlayiqdir.
Postmünaqişə dövrünün əsas tələbi yeni əməkdaşlıq formatının yaradılması, sülhün möhkəmləndirilməsidir. Altılıq plantformatının yaradılması qarşıya qoyulan hədəfə yüksək səviyyədə nail olmağa əsas yaradır. Cənubi Qafqazın üç dövləti və onların qonşuları – Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq hazırda əsas müzakirə mövzusudur.
Müsahibədə Azərbaycanın etibarlı uqtisadi tərəfdaş olduğu bir daha vurğulandı. Qeyd edildi ki, Azərbaycan təbii qazını Avropaya ixrac etməyə ötən ilin son günü – dekabrın 31-də başlanıb. Həmin vaxtdan etibarən ixrac profili artmaqdadır. Azərbaycan 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıkimi çıxış edir. Ölkəmizin təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu cür qaz ehtiyatları öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsi aparılır. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Gələcəkdə təchizat coğrafiyası Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirilə bilər.
Göründüyü kimi, Azərbaycan artıq münasibətlərdə yeni səhifə açıb və bu səhifəni yeni əməkdaşlıq formatları fonunda daha zəngin və faydalı etməyə səy göstərir. Bunun üçün əsas olan Azərbaycan tərəfinin irəli sürdüyü sülh müqaviləsinin Ermənistan tərəfindən imzalanmasına dünya güclərinin dəstək göstərməsidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycan etibarlı tərəfdaşdır


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 657   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? (VİDEO)

Bəziləri etdikləri qayda pozuntularından qaçmaq, radarlardan yayınmaq üçün bu yola əl atırlar. Amma qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək hüquqi məsuliyyət yaradır. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirili

14:26 62
.

Trampın qərarı ABŞ-ın müttəfiqlərini qorxudur, Çin və Şimali Koreyanı cəsarətləndirir

ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması barədə qərarı Asiyada və digər regionlarda ABŞ-ın maraqlarına zərər vura bilər. xəbər verir ki, bu barədə Corc Buş administrasiyasında Avropa məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsində çalışmış Denni Rasse

11:18 132
.

İki uşağı əlindən alınan ana övladlarına qovuşdu

Gəncədə azyaşlı övladları əlindən alınan ana uşaqlarına qovuşub. Bu barədə "Qafqazinfo"ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. O qeyd edib ki, uşaqlar ötən gün analarına təhvil verilib: "Məsələ ilə bağlı qadın "Azərbayca

11:10 192
.

Dondurulmuş ət, yoxsa təzə ət? - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Ət alarkən istehlakçıların qarşısında əsas seçimlərdən biri təzə və dondurulmuş məhsul arasında olur. Bəzən dondurulmuş ətin təzə ətə nisbətən daha keyfiyyətsiz və ya təhlükəli olduğu düşünülür. Halbuki ətin dondurulması düzgün temperaturda və qaydalara uyğun həyata keçirildikdə onun təhlükəsizliyin

13:02 146
.

Son altı ayda 30 min insan ölüb - Azərbaycanda ŞOK STATİSTİKA

Bu ilin yanvar-iyun aylarında ölkədə 30625 ölüm halı qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb

17.08.2026 281
.

Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlə

13:51 125
.

Rusiyalı bloqçu ABŞ-a səfərindən sonra amerikalı qadınlarla bağlı fikirlərini açıqladı

Rusiyalı səyahət bloqeri Aleksandr ABŞ-a səfəri zamanı amerikalı qadınlarla bağlı müşahidələrini bölüşüb və onları daha ağıllı hesab etdiyini bildirib. xəbər verir ki, bloqçu müşahidələrini "Zen" platformasında " adlı şəxsi bloqunda paylaşıb. Müəllif amerikalı qadınların geyim tərzin

11:10 145
.

Poçt qutusundan 26 il əvvəl göndərilən açıqca çıxdı - inanılmaz təsadüf

ABŞ-da bir kişi poçt qutusunu açarkən valideynlərinin 26 il əvvəl Kopenhagendən göndərdiyi açıqca ilə qarşılaşıb. xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb. Hadisə Palm Biç sakini Bob Şeppardın başına gəlib. Açıqcaya 200-ci ilin iyul ayında poçt möhürü vurulub, üzərində isə Los-Ancele

11:49 163
.

Rəmişin qardaşı vəfat etdi

Mərhum Xalq artisti, gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb. O bildirib ki, Romik Hüseynov bu gün Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki

12:26 169
.