Bakıda 15 yaşlı oğlan atasını öldürdü - RƏSMİ

Bakıda 15 yaşlı oğlan atasını öldürdü - RƏSMİOktyabrın 3-ü saat 19 radələrində 1984-cü il təvəllüdlü Vüqar Eyyubovun yaşadığı evdə xəsarət alması nəticəsində ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə BiG.AZ-a prokurorluqdan məlumat verilib.

Bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, narkotik vasitə aludəçisi olan Vüqar Eyyubov yaşadığı fərdi yaşayış evinin həyətində ailə üzvlərinə narkotik vasitə tapmalarını tələb etməsi səbəbindən ailə münaqişəsi zəmnində aralarında baş vermiş mübahisə zamanı fiziki zor tətbiq edib.

O, 2006-cı il təvəllüdlü oğlu Aydın Eyyubovu yerə yıxaraq boğazına şüşə parçası dirəyib, pul tapmayacağı təqdirdə onları öldürəcəyi ilə hədələyərkən sonuncu daş parçası ilə Vüqar Eyyubovun başına bir neçə dəfə zərbə vuraraq zəruri müdafiə həddini aşaraq atasını öldürüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aydın Eyyubova Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2859   Tarix: 05 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? (VİDEO)

Bəziləri etdikləri qayda pozuntularından qaçmaq, radarlardan yayınmaq üçün bu yola əl atırlar. Amma qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək hüquqi məsuliyyət yaradır. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirili

14:26 62
.

Trampın qərarı ABŞ-ın müttəfiqlərini qorxudur, Çin və Şimali Koreyanı cəsarətləndirir

ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması barədə qərarı Asiyada və digər regionlarda ABŞ-ın maraqlarına zərər vura bilər. xəbər verir ki, bu barədə Corc Buş administrasiyasında Avropa məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsində çalışmış Denni Rasse

11:18 132
.

İki uşağı əlindən alınan ana övladlarına qovuşdu

Gəncədə azyaşlı övladları əlindən alınan ana uşaqlarına qovuşub. Bu barədə "Qafqazinfo"ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. O qeyd edib ki, uşaqlar ötən gün analarına təhvil verilib: "Məsələ ilə bağlı qadın "Azərbayca

11:10 192
.

Dondurulmuş ət, yoxsa təzə ət? - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Ət alarkən istehlakçıların qarşısında əsas seçimlərdən biri təzə və dondurulmuş məhsul arasında olur. Bəzən dondurulmuş ətin təzə ətə nisbətən daha keyfiyyətsiz və ya təhlükəli olduğu düşünülür. Halbuki ətin dondurulması düzgün temperaturda və qaydalara uyğun həyata keçirildikdə onun təhlükəsizliyin

13:02 146
.

Son altı ayda 30 min insan ölüb - Azərbaycanda ŞOK STATİSTİKA

Bu ilin yanvar-iyun aylarında ölkədə 30625 ölüm halı qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb

17.08.2026 281
.

Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlə

13:51 125
.

Rusiyalı bloqçu ABŞ-a səfərindən sonra amerikalı qadınlarla bağlı fikirlərini açıqladı

Rusiyalı səyahət bloqeri Aleksandr ABŞ-a səfəri zamanı amerikalı qadınlarla bağlı müşahidələrini bölüşüb və onları daha ağıllı hesab etdiyini bildirib. xəbər verir ki, bloqçu müşahidələrini "Zen" platformasında " adlı şəxsi bloqunda paylaşıb. Müəllif amerikalı qadınların geyim tərzin

11:10 145
.

Poçt qutusundan 26 il əvvəl göndərilən açıqca çıxdı - inanılmaz təsadüf

ABŞ-da bir kişi poçt qutusunu açarkən valideynlərinin 26 il əvvəl Kopenhagendən göndərdiyi açıqca ilə qarşılaşıb. xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb. Hadisə Palm Biç sakini Bob Şeppardın başına gəlib. Açıqcaya 200-ci ilin iyul ayında poçt möhürü vurulub, üzərində isə Los-Ancele

11:49 163
.

Rəmişin qardaşı vəfat etdi

Mərhum Xalq artisti, gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb. O bildirib ki, Romik Hüseynov bu gün Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki

12:26 169
.