"İran hakimiyyəti hər zaman ermənipərəst mövqeyini nümayiş etdirib" - Deputat
"Zaman-zaman İranın Azərbaycan əleyhinə təxribata əl atdığı artıq rəsmi səviyyədə də müzakirə edilib".
Bu sözləri Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov deyib.
Deputat vurğulayıb ki, 44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı aqressiyası daha açıq şəkildə özünü büruzə verir:
"Həmçinin, regionda baş verən geosiyasi dəyişikliklərin, Azərbaycanın İkinci Qarabağ müharibəsi sayəsində işğal edilmiş ərazilərini və İran-Azərbaycan sərhədində nəzarəti bərpa etməsi İranın maraqlarına cavab vermir. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə İran həmin torpaqlarda qanunsuz olaraq fəaliyyət göstərib. İran hakimiyyəti hər zaman ermənipərəst mövqeyini nümayiş etdirib. 30 illik işğal müddətində İranın separatçı qurumla iş birliyi qurması, işğal altındakı Azərbaycan ərazilərində birgə qeyri-qanuni fəaliyyətlə məşğul olmasına dair saysız-hesabsız informasiyalar, faktlar var. Azərbaycan həmişə İranla sıx qonşuluq və tərəfdaşlıq münasibətlərinə can atıb, bir sıra mühüm regional layihələrdə onunla tərəfdaşdır. Lakin İran bütün qonşuluq, vahid din birliyi məsələsini unudub, Azərbaycan hökümətinin ona qarşı humanist dəyərlərinə qarşılıq olaraq təxribatlara əl atır.
İranın Azərbaycana bu cür yanaşma sərgiləməsinin səbəblərindən biri də İsraillə olan əlaqələrimizin yüksək səviyyədə olmasıdır .Amma onu da istisna etmək olmaz ki, yenicə müharibə bitmiş regionda gərginlik heç bir ölkənin marağında uyğun deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 791 Tarix: 05 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
11.11.2026 279 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
11.11.2026 258 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
11.11.2026 245 Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır
Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih
11.11.2026 115 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
11.11.2026 302 Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik
İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə
11.11.2026 132 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
11.11.2026 293 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 422 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
11.11.2026 345