Polad Həşimovun müəllimi: "Onun gözlərinin dərinliklərinə baxanda bilirdim ki..." - FOTO
"Deməli, mən ilk dəfə Sumqayıt şəhər 28 nömrəli məktəbdə işə başlamışam. Polad Həşimov mənim ilk birinci sinif şagirdlərimdən biri olub. O, əlaçı idi. Məktəbin foyesində şərəf lövhəsi var idi. Polad sinifdən-sinfə adladıqca onun şəkilləri də əlaçılar sırasında hər il yenilənirdi".
Bu sözləri açıqlamasında şəhid general-mayor Polad Həşimovun ibtidai sinif müəllimi Səyyarə Hüseynova onunla və müəllimlər günü ilə bağlı xatirələrini bölüşərkən deyib.
Səyyarə müəllim onu da qeyd edib ki, Polad Həşimovun gələcəyinin parlaq olacağı onun gözlərindən bəlli olurdu:
"Mən Polad Həşimovun ibtidai sinif müəllimiyəm, onu hazırlıq vaxtından götürüb 5-ci sinfə qədər dərs demişəm. O, zahiri görkəminə görə uşaq olsa da, daxili daha fırtınalı idi. Polad gözəl əl qabiliyyəti, düşündürücü sualları və əla qiymətləri ilə digərlərindən fərqlənirdi.
Poladın gözlərinin dərinliklərinə baxanda bilirdim ki, o uşağın gələcəyi daha parlaq olacaq.
Onlar həm də ailəlikcə düzgünlüyü, haqq-ədaləti sevirdilər. Mən bunu müşahidələrimə əsasən deyirəm. Ailədə uşağın təməl daşı qoyulur. Ailə necə düzgün idisə, Polad da çox tərbiyəli, dürüst və savadlı uşaq idi.
Əminəm ki, o, istədiyi məktəbə qəbul ola bilərdi. Amma hərbi məktəbi seçdi. Onun generaldan da yüksək rütbəni daşımağa qabiliyyəti var idi".
S.Hüseynova müəllimlər günündən bəhs edərkən onların zamanında hədiyyə verilmədiyini, müəllimlərin də həmin gündə şagirdlərdən nəsə gözləmədiyini bildirdi:
"Bizdə o zamanlarda müəllimlər günü elə də qeyd olunmurdu. Məktəbin direktoru deyirdi ki, bura "fəhlə şəhəri"dir. Valideynlər sizə borclu deyil. Doğurdan da mən elə işləmişəm. Mən o dövrdə heç bir şagirddən bir dənə gül belə qəbul etməmişəm"./Unikal.org

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1218 Tarix: 05 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11.11.2026 293 "Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı
Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb
11.11.2026 247 Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik
İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə
11.11.2026 132 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
11.11.2026 296 Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi
"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış
11.11.2026 218 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11.11.2026 302 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
11.11.2026 345 Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını
11.11.2026 160 İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib
İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl
11.11.2026 179