Kolbasanın orqanizmə 5 dəhşətli ZƏRƏRİ

Kolbasanın orqanizmə 5 dəhşətli ZƏRƏRİHal hazırda kolbasa məhsullarının istehsalı zamanı onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu maddələrin bir hissəsi məhsulun dadını, digərləri rəngini və iyini insan üçün daha xoş edir.
Bundan əlavə məhsula lazım olan qatı konsistensiya vermək, onun həcmini və saxlama müddətini artırmaq və s. məqsədlərlə müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu kimyəvi maddələrin bir hissəsi orqanizm üçün çox ziyanlıdır.

BiG.AZ xəbər verir ki, bütün kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) orqanizmdə güclü kanserogen təsirinə malik olan birləşmələr (nitrozaminlər) əmələ gətirir. Nitratların kolbasada əsas "vəzifəsi" məhsula xoşagəlimli xarici görünüş vermək və onun saxlanma müddətini artırmaqdır. Beləliklə, tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrin əmələ gəlməsi prosesi sürətlənir.
Təbii ki, immun sistemimiz bu hüceyrələri daim zərərləşdirir. Lakin immun sistemimiz müxtəlif səbəblərə (xəstəlik, stress və s.) görə zəifləyə bilər ki, bunun nəticəsində "sağ qalmış" xərçəng hüceyrələri çoxalaraq xərçəng şişini əmələ gətirə bilər.

Digər ziyanlı maddə fosfatlardır. Bu maddəni də bütün kolbasa-sosis məhsullarına əlavə edirlər. Fosfatlar kolbasaya "ətə" uyğun olan rəng və lazım olan sıx konsistensiya verir. Kolbasanın rəngi lazım olandan daha parlaq olduqda, bu o deməkdir ki, məhsulda fosfatların miqdarı olduca çoxdur. Daim böyük dozalarda orqanizmə daxil olan fosfatlar orqanizmdə kalsium və fosforun balansını pozur ki, nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir.

Mütəxəssislərin rəyinə görə, hal hazırda ucuz kolbasa-sosis növlərində ət, demək olar, yoxdur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu "ətə" bənzətmək üçün külli miqdarda kimyəvi maddələr əlavə olunur. Nəticədə bizim sevimli kolbasamız alınır.

Soya genetik səviyyəsində modifikasiya olunmuş məhsuldur. Belə məhsulların insan orqanizminə olan təsiri hələ ki tam öyrənilməyib və çox ciddi müzakirə olunur. Alimlərin bir çox hissəsi belə məhsulları insan orqanizmi üçün çox ziyanlı hesab edir.

Beləliklə, kolbasa və sosis məhsulları sağlam qidaya aid etmək mümkün deyil. Bu səbəbdən bu məhsulları rasiondan tam çıxartmaq və ya minimuma çatdırmaq lazımdır. /saglamolun.az/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2662   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 293
.

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb

11.11.2026 247
.

Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik

İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə

11.11.2026 132
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

11.11.2026 218
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11.11.2026 302
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11.11.2026 345
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

11.11.2026 160
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 179
.