"Bu hadisəni heç vaxt unutmayacağıq" - Deputat Müşfiq Cəfərov

"Bu hadisəni heç vaxt unutmayacağıq" - Deputat Müşfiq Cəfərovİkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür.
2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Deputat Müşfiq Cəfərov BiG.AZ-a açıqlmasında bildirib ki, bu hadisəni xalqımız heç vaxt unutmayacaq:

"Gəncə terrorundan bir il ötür. Bir il öncə sərhəddən xeyli məsafədə yerləşən, ölkənin ikinci böyük şəhərinə raket zərbələri atıldı. Hansı ki, 1949-cu ildə imzalanmış Cenevrə konversiyasına zidd bir addım idi. Dinc əhaliyə qarşı istifadəsinə icazə verilməyən raketlərdən atəş açılmışdı. Gündüz vaxtları idi. İlk raket zərbələri atıldı. Bir neçə ev yararsız hala düşdü, dinc əhalidən biri həlak oldu, bir neçə nəfər yaralandı. Bunun ardınca növbəti zərbə endirildi. Aralarında bir neçə dəqiqə vaxt var idi. Bir neçə gündən sonra yenidən daha güclü və istifadəsinə icazə verilməyən raketlər atıldı. Həmin vaxt da 10 nəfər həlak oldu, neçə-neçə mülki şəxslər yaralandı, yüzlərlə evlər dağıdıldı. Daha sonra isə daha güclü raketlər ataraq Bütün bunlara baxmayaraq xalqımız bir idi, şəhəri tərk etmirdi. Xalqımız inanırdı ki, yaxın günlərdə qalib olacağıq. Düzdür bu uşaqlar, qadınlar üçün dəhşətli bir an idi. Amma onlar da buna baxmayaraq oğullarını, atalarını buraxıb getmirdi. Bütün dünyaya bununla bağlı çağırışlar etdik. Müxtəliv tv kanallar çəkilişlər edib, dünyaya yayımladılar. Biz bu gün biz ilk hadisənin qurbanlarını anırıq. Törədilən terror da qələbə parkı adlanan məkanda yer alıb. Həmin ərazi memeorial kompleks kimi saxlanılması nəzərdə tutulub. Gələcəkdə turistlər,qonaqlar, uşaqlarımız həmin yerə səfər etdikdə o hadisələri xatırlayacaq. Onların ruhunu hər zaman anacağıq, heç vaxt unutmayacağıq. Burada məqsəd də odur. İnanıram ki, bir daha belə hallar baş verməyəcək. Gəncə ölkəmizin ikinci ən böyük şəhəridir. Gəncəlilər də vətənə, millətə bağlı insanlardır. Vətənin müdafiəsi uğrunda canından, qanından keçmiş insanlardır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1120   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11.11.2026 302
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

11.11.2026 284
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11.11.2026 147
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

11.11.2026 162
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

11.11.2026 283
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

11.11.2026 249
.

Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu

Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir

11.11.2026 159
.