Vətən Müharibəsinin 6-cı günü: 2 oktyabrda nələr baş verdi? - VİDEO

Vətən Müharibəsinin 6-cı günü: 2 oktyabrda nələr baş verdi? - VİDEOHər kəsin gözü mavi ekranlarda, qulağı səsdə olsa da, ürəyi döyüş meydanında - Azərbaycan əsgərinin yanında idi. Hamı cəbhədən gələn xəbərləri qürur və həyəcanla izləyirdi. Ordumuz düşməni öz qanında boğmağa davam edir, düşmən isə dinc əhalini, mülki infrastrukturu daim raket zərbələri altında saxlamağa çalışırdı.

Gecə saatlarında Müdafiə Nazirliyi, Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəkliklərin Azərbaycan Ordusunun nəzarəti altına keçdiyini, həmçinin Ermənistan ordusunun 5 zirehli və avtomobil texnikasının, 3 hərbi infrastruktur obyektinin və xeyli sayda şəxsi heyətinin məhv edildiyini açıqladı.

Düşmən isə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndlərini, eləcə də Tərtərin Bala Kəngərli kəndini intensiv artilleriya atəşinə tutdu. 2 mülki vətəndaş xəsarət aldı.

Müharibəni cəbhədə uduzacağını tam dərk edən Ermənistan dövləti orduya qeyri döyüş ərazilərini vurmaq əmrini verməkdə qərarlılıq göstərirdi. Ermənistan ordusu tərəfindən Şəmkirin Sabirkənd, Ağdam rayonunun Quzanlı yaşayış məntəqələri, həmçinin Bərdənin Əmirli, Soğanverdilər və Tovuzun Ağdam kəndi intensiv raket atəşinə məruz qaldı. Ermənistan ərazisindən təkcə Şəmkir rayonunun Sabirkənd yaşayış məntəqəsinə 10-a yaxın "Toçka-U" taktiki raket kompleksindən zərbələr endirildi.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin həmin gün üçün verdiyi məlumatda deyilirdi: "Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.
Təkcə bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb
. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir".

Bu xəbərlər bizi nə qədər sarsıtmış olsa da ordumuzun gücünə, qələbəyə gedən yolda olan inamımıza qətiyyən təsir etmədi. Əksinə, qarşımızda olan düşmənin riyakarlığını bir daha bizə göstərmiş olurdu.

Xalqımızın motivasiyasını yüksəldən isə Müdafiə Nazirliyinin mütəmadi olaraq yayımladığı videolar idi.

Təxminən axşam saatlarında Azərbaycan tərəfi düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin növbəti videogörüntülərini yayımladı.

Saat 17:50-də Müdafiə Nazirliyi Ermənistan ordusunun səhra idarəetmə məntəqəsinin, eləcə də tanklarının məhv edilməsinin videogörüntülərini yayımladı.

"Torpaq əgər uğrunda olan varsa vətəndir"- deyiblər. Elə müharibənin 6-cı günü də cəbhədən şəhid xəbərləri gəlməyə davam edirdi. Azərbaycan əsgəri son nəfəsində belə ölümə təslim olmur, yaralı halda düşmən üzərinə yeriyir, dünya hərb tarixinin və şəhidlik salnaməsinin yeni səhifələrini yaradırdı.

Düşmən ölkə isə xarici havadarların qarşısında diz çökür, hər vəchlə dünya dövlətlərini Azərbaycanı durdurmağa sövq etməyə çalışırdı.

Düşməni qarşıda məğlubiyyət və utanc dolu daha 38 gün gözləyirdi.(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1068   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11.11.2026 263
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11.11.2026 269
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

11.11.2026 249
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.