Uşaqlarla bağlı risk təşkil edən məqam... - İnfeksionist

Uşaqlarla bağlı risk təşkil edən məqam... - İnfeksionistKoronavirusa yoluxma sayında və ölüm sayında azalmalar var. Belə ki, yazını hazırladığımız zaman açıqlanan statistik məlumata görə, ölkədə 774 nəfər COVID-19-a yoluxub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Artıq orta məktəblərin açılmasından da 10 gün keçir. Bu, təxminən virusun inkubasiya dövrünə bərabər müddətdir. Odur ki, əyani tədrisin açılmasının yoluxma dinamikasına konkret təsirindən danışmaq olar. Yoluxma göstəriciləri nə deyir, əyani tədrisin hansısa real təsiri varmı, yoxsa fərq eləmir?

Bu arada Tiflis Yoluxucu Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib ki, tezliklə xaricdən Gürcüstan xəstəxanalarına COVİD xəstələrinin vəziyyətinin ağırlaşma riskini ciddi şəkildə azaldan ən yeni 2 dərman preparatı daxil olacaq:

"İki yeni dərman alacağıq. Biri "Barisitinib", digəri monoklonal antitellərdir. Hər ikisi də koronavirusun müalicəsində ən yeniləridir və bu günün ən perspektivli dərmanları hesab olunur". Azərbaycanda bu preparatlar və ya onları əvəz edən varmı?

BiG.AZ xəbər verir ki, həkim-infeksionist Nicat Əzimli musavat.com-a açıqlamasında "Barisitinib" və monoklonal antitellərin xəstəliyin ilk etaplarında çox effektiv olduğunu bildirib. 70-71 faiz sağalma ilə nəticələnən preparatlardır. Amma istehsalı baha qiymətə başa gəlir, yəni istehsalı və əhaliyə geniş şəkildə tətbiq olunması maddi cəhətdən çətinlik yarada bilən dərmanlardı. Amerikada ilk dəfə olaraq bu dərmanlarla müalicəyə başlanılıb. Orada bunların qiyməti olduqca bahadır. Lakin "Remdesivir" xəstəliyin daha ağır formalarında, nisbətən orta ağır və yüngül, amma riskli xəstələrdə isə dediyimiz bu monoklonal antitellər çox yaxşı effekt verir".

N.Əzimli onu da əlavə edib ki, pandemiyanın ilkin etaplarında bildirilirdi ki, uşaqlar arasında yoluxma daha sürətlə gedir və uşaqların yoluxduruculuq qabiliyyəti, COVİD -19-u digərlərinə ötürmə xüsusiyyəti daha yüksəkdir. Lakin son dövrlərdə araşdırmalar göstərir ki, bu doğru deyil. Elə uşaqlar da böyüklərdən fərqlənmir. Azyaşlılar da eynilə böyüklər qədər xəstəliyi digər şəxslərə ötürür. Amma uşaqlarla bağlı risk təşkil edən məqam odur ki, uşaqlarda vaksinasiya hələ genişmiqyaslı tətbiq olunmayıb. Ona görə də Azərbaycanda uşaqlar arasında yoluxmanın baş vermə ehtimalı böyüklərə nisbətən bu səbəbdən daha çoxdur. Bunu nəzərə alaraq uşaqlar arasında məktəblərdə əyani təhsil başlanandan sonra xəstəlik hallarının çoxalması ehtimalı var.Ancaq indiki rəqəmlərə baxdıqda biz bunu hələ ki görmürük. Ümid etmək olar ki, bu baş verməz. Çünki təkcə vaksinasiya deyil, eləcə də xəstələnmə halları insanlarda immunitet formalaşdırır, yəni təbii immunitet. Öncəki dalğalarda uşaqlar arasında da yoluxmalar baş verdiyinə görə onların orqanizmdə də artıq immunitet formalaşıb. Onlar yoluxma zəncirini qırır, ümid etmək olar ki, bu təbii immunitet məktəblərin açılmasından sonra yoluxma səviyyəsinin artmasına çox böyük təsir göstərməz".

İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Koronavirusun inkubasiya dövrü çoxdan keçib. İnkubasiya dövrü koronavirusun delta ştammında 2-3 gündür. Hazırda yoluxma sayında artım müşahidə edilmir. Amma uşaqlarda kəskin respirator virus infeksiyalarının sayında artım var. Məktəbə getməklə əlaqədar olaraq uşaqlarda yoluxma sayı artıb. Amma bu çox böyük ehtimalla koronavirus deyil, sadəcə olaraq mövsümü virus infeksiyalarıdır, qrip kimi. Uşaqlarda hal-hazırda xəstələnmə müşahidə edilir. Təbii ki, məktəbdə bir uşaqda xəstəlik varsa, digərləri də yoluxur. Əslində yaxşı olar ki, uşaqda xəstəlik hiss eləyən valideyn onu məktəbə buraxmasın. Amma bu da bəzi hallarda mümkün olmur və bəzən inkubasiya dövründə də yoluxma müşahidə edilir. Bəzən yüngül xəstə olan uşaqları da valideynlər məktəbə buraxır və bu da digər uşaqların xəstələnməsinə səbəb olur. Hazırda uşaqlarda xəstələnmə sayı artıb".

İnfeksionist COVİD xəstələrinin vəziyyətinin ağırlaşma riskini ciddi şəkildə azaldan ən yeni 2 dərman preparatı barədə də fikir bildirib:

"Bu monoklonal antitellər əvvəldən də istifadə olunurdu. Sadəcə olaraq onun qiyməti çox bahadır deyə, hər adam üçün tətbiq etmək mümkün deyil. Bu xəstəliyin ilkin mərhələsində yaxşı təsir göstərir. Yadınıza gəlirsə, keçmiş ABŞ prezidenti Tramp xəstələnəndə ona da monoklonal antitellər vurulmuşdu. Amma digər dərman vasitəsi olan "Barisitinib" iltihab əleyhinə təsir göstərir və təxmin olunur ki, bu ağciyərdə iltihabın qarşısını ala bilər. Təbii ki, xəstəliyin nə qədər erkən mərhələsində istifadə olunsa o qədər yaxşıdır. Amma bununla bağlı kifayət qədər sübutlar, araşdırmalar yoxdur. Birbaşa virus əleyhinə təsiri yoxdur. Sadəcə olaraq ağciyərdə iltihabın qarşısını müəyyən qədər ala bilər. Bu da təxmin olunur. Çünki iltihab əleyhinə dərman preparatıdır".

Onu da qeyd edək ki, hazırda vaksinasiya ilə mübarizədə yeganə üsul vaksinasiya hesab olunur. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 676 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 517, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 159 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 554 628, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 762 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 792 396 təşkil edir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1786   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 474
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10.10.2026 843
.

Məşhurlar ən çox bu kokteyli içir

Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.

25.10.2026 1009
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 665
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3264
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 817
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 602
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 809
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 818
.