Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQKoronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki, D vitaminin əskikliyi kimi artıqlığı da problemlər yaradır. Bu, hətta toksiki zəhərlənmələrə yol açır.

BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı xəbərdarlıq edən, tibb elmləri doktoru, professor Onur Yaprak deyib ki, nəzarətsiz olaraq qəbul olunan D vitamininin zəhərlənməsi əvvəlcə baş ağrısı, ürək bulanması, qusma, ağızda quruluq, qəbizlik, şüurun itməsi, narahatlıq, əsəbilik, əzələ zəifliyi, daha sora isə hətta ürək-damar xəstəlikləri - atereoskleroz (damar sərləşməsi), ritm pozğunluqları, yüksək qan təzyiqi, böyrək daşları kimi şikayətlərə səbəb olur. Bu zaman hətta pankreatit (mədəaltı vəzin iltihabı) kimi ağır xəstəlik, sümüklərdə ağrı və qırılma meyli də inkişaf edə bilər.

Qeyd olunub ki, bir çox insan yüksək dozada D vitamini əlavələri qəbul edir və bunun yan təsirləri nisbətən aşağıdır. Bununla yanaşı, əlavə kimi və ya qidalarda uzun zaman yüksək miqdarda D vitamininin qəbulu mənfi yan təsirlərə səbəb ola bilər. D vitamininin toksikliyi, yan təsirlərin yaranması əsasən qanda kalsiumun artması ilə əlaqədardır.

D vitamini, A, D, E və K vitaminlərini ifraz edən, yağda həll olunan vitaminlər ailəsinə aiddir. Bu vitaminlər yağla yaxşı mənimsənilir və qaraciyərdə və yağ toxumalarında saxlanılır. Bir çox vitaminlərdən fərqli olaraq, D vitamini adlandırılan "Xolekalsiferol" əslində bir hormondur və Günəş şüaları sayəsində dərimizdəki xolesteroldan istehsal olunur.

D vitamininin əsas funksiyaları arasında kalsium, maqnezium və fosfatın udulması və tənzimlənməsi, sümüklərin sərtləşməsi, hüceyrələrin böyüməsi və fərqlənməsi, immun, sinir və əzələ funksiyasının təmin edilməsi də var.

Əsas vəzifəsi sümüklərin gücünü qorumaq olsa da, son illərdə immun sistemi ilə bağlı xəstəliklərdə, bəzi xərçəng xəstələrində D vitamini səviyyəsinin yetərsiz olduğu üzə çıxıb və və bir çox xəstəliklə D vitamini çatışmazlığı arasında bir əlaqə aşkar edilib.

Gündəlik D vitamini ehtiyacının yalnız 10-20 faizə qədəri qida ilə qəbul edilir. Qalan 80-90 faizi Günəş işığına məruz qalmaqla sintez olunur. Yaz aylarında günorta saatlarında D vitamini sintezi həftədə 3-4 dəfə 15-20 dəqiqə Günəş vannası qəbul etməklə təxminən 10.000-20.000 vahid səviyyəsində baş verir.

Süd məhsulları, balıq yağları və yağlı balıqlar (qızıl balıq, skumbriya, ton balığı, sardalya), yumurta sarısı, kərə yağı, qaraciyər D vitamini ilə zəngin qidalardır.

D vitamini səviyyəsi qanda ölçülür, ideal olaraq 30-50 ng/ml-nin (nanoqram-millilitr) D vitamini səviyyəsinin kifayət olduğunu düşünülür. 50 ng/ml-dən yuxarı halda bəzi narahatlıqlar hiss olunmağa başlasa da, D vitamini toksikliyi qan səviyyəsində 200 ng/ml-dən yuxarı qalxdıqda başlayır.

Bədəndə zəhərlənməyə səbəb olan D vitamini səviyyəsinin artması yalnız qida və ya Günəşə məruz qalma yolu ilə baş vermir.

Belə yüksək səviyyələr gündə ən az 10.000 vahid D vitamini qəbul edən insanlarda inkişaf edir. D vitamini toksikliyi bədəndəki D vitamini səviyyəsinin zərər verəcək qədər yüksək olması deməkdir. Buna "hipervitaminoz D" də deyilir. Əlavə kimi ideal D vitamini qəbulu gündə 500-2000 vahid olmalıdır, D vitamini qəbulunun dözülə bilən yuxarı həddi gündə 4000 vahiddir.

D vitamini toksikliyi ilə əlaqəli əsas yan təsirlərin əksəriyyəti qanda kalsiumun artması ilə əlaqədardır. Bu yan təsirlər əvvəlcə baş ağrısı, ürək bulanması, qusma, ağızda quruluq, qəbizlik, qarışıqlıq, narahatlıq, əsəb, əzələ zəifliyi və daha da xroniki toksiklik, arterioskleroz, yüksək qan təzyiqi və ritm pozğunluqları kimi ürək-damar sistemi xəstəliklərinə, böyrək daşlarına səbəb olur.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 998   Tarix: 11 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi

08.11.2026 265
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 913
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 612
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14.10.2026 919
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10.10.2026 814
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 725
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 764
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 847
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27.10.2026 873
.