Öz-özünə danışmaq - Norma yoxsa xəstəlik?
Bəzən öz-özünə danışan insanlara rast gəlmək olur. Yolda, sərnişin nəqliyyatında, iş yerində kimlərinsə öz-özünə danışdığını müşahidə edirsən. Bu nə ilə bağlıdır?
BiG.AZ-ın moder.az-a istinadən verdiyi məlumata görə, bu suala cavab olaraq psixoterapevt Elmir Əkbər bildirib ki, hər kəsin zahiri nitqindən əlavə, özünə xas daxili nitqi də mövcuddur. Onun sözlərinə görə, insanın öz-özünə danışması daxili nitqin ucadan səsləndirilməsidir.
"Əgər insan vacib bir məsələ üzrə qərar qəbul edəcəksə, biz daxili nitqlə danışmağı məsləhət görürük. Tövsiyə edirəm ki, daxili nitqinizlə ucadan danışın, görün ki, bu məsələ sizin üçün vacibdir, ya yox. Bu, heç də pis bir hal deyil".
Elmir Əkbərin sözlərinə görə, bəzən insan yorğun, gərgin bir vaxtda, yaxud da xroniki stresin təsiri altında olanda öz-özünə danışır ki, bu hal kənardan başqalarına qəribə görünür:
"Konsultasiyalarda pasiyentlər söyləyir ki, "bəzən yol getdiyim zaman öz-özümə danışıram, qıraqdan mənə baxıb gülürlər". Yaxşı olar ki, bu məsələ insanın öz nəzarəti altından çıxmasın. Bunun üçün insan gərək xroniki stresini atsın".
Psixoterapevt əlavə edib ki, belə vəziyyətlərdə xarakter baxımından insan tipləri ortaya çıxır: "Bəzi insanlar var ki, onların daxili aləmləri, zahiri kontaktlarından daha güclü olur. Çünki onların daxili aləmləri qapalı olduğundan, bəzən elə olur ki, hislərini zahirə verə bilirlər. Bu, əsasən psixoloq və psixoterapevtin işlədiyi insan tipləridir.
Biri də var ki, eşitmə hallüsinasiyaları - bu artıq psixiatrların işlədiyi xəstələrdə müşahidə olunur. Məsələn, şizofreniya xəstələrində eşitmə hallüsinasiyaları olur, onların qulaqlarına səs gəlir və bu səs onlarla "danışır". Bəzən də bunu obyektiv şəkildə müşahidə etmək olur ki, bu insan kimsə ilə danışır. Bu artıq xəstəlikdir".
Elmir Əkbər deyir ki, öz-özünə danışamaq kimi hallar insanın yaşadığı problemlərlə, həyat tərzi ilə də birbaşa bağlı olur. İnsan bilmədən danışaraq, sanki özünü o problemdən qurtarmış kimi hiss edir.
Bəs belə halların konkret yaş müddəti varmı?
"Əgər sağlam insandan söhbət gedirsə, burda insanın bioloji yaşı yox, problemin yaşı əsas götürülür. Ancaq şizofreniya kimi xəstələrdə bu hal yetiyetməlik dövründən başlayır" – Elmir Əkbər bildirib.
Öz-özünə danımağı dəlilik saymaq olar? Müsahibimiz sula belə cavab verib: "Xeyr, bunun dəliliklə heç bir bağlılığı yoxdur. Sadəcə, beyin yaranmış olduğu situasiyalardan, problemlərdən qurtarmaq üçün insana sanki danışması üçün bir siqnal ötürür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1709 Tarix: 29 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774