İlham Əliyev: "Muxtariyyət artıq müzakirə mövzusu deyil"
"Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər".
Bu fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "France-24" televiziya kanalına müsahibəsində "Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib" sualını cavablandırarkən deyib.
"Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. "Dağlıq Qarabağ" dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman "yox" deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır", - dövlət başçısı deyib
Sonra Azərbaycan Prezidenti "Yəni, onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil?" sualını cavablandırıb:
"Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 783 Tarix: 28 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir link bütün məlumatlarınızı təhlükəyə ata bilər - Kiberdələduzlardan qorunmağın yolları
"Bir çox insanı maraqlandıran suallardan biri də budur: kiberdələduzları avtomatik aşkarlayan proqram varmı. Bunu -a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, bunun cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur. Banklar, mobil operatorlar və kibertəhlükəsizli
16:03 163 Keçmiş və indiki xanımları dalaşdı - Baş məşqçi huşunu itirdi
Misir millisinin baş məşqçisi Hossam Hasanın keçmiş həyat yoldaşı Huveyda və hazırkı həyat yoldaşı Dina Mostafa dalaşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Misirdə hotellərin birində baş verib. Belə ki, baş məşqçi Dina ilə birlikdə hoteldə dincələrkən keçmiş həyat yoldaşı Hüveyda ora gəlib
17:40 157 Maklerdən ucuz ev alarkən diqqət: Kupçasız əmlak hansı riskləri daşıyır?
"Maklerlərin ucuz qiymətə torpaq alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda geniş yayılmış praktikadır. Lakin belə əmlak alarkən əsas məsələ evin yeni və ya ucuz olması deyil, onun hüquqi statusu və sənədlərinin qaydasında olub-olmamasıdır". Bunu BİG.AZ-a açıqlamasınd
13:11 208 Problemli kreditlər 36 faizdən çox artdı - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda banklardan götürülən kreditlərin həcmi artsa da, borcların vaxtında qaytarılması ilə bağlı problem də böyüməkdədir. Son statistik məlumatlar ölkədə problemli kreditlərin həcminin son bir ildə 36 faizdən çox artdığını göstərir. 2026-cı ilin ilk yarısının yekunlarına əsasən, vaxtı keçmiş kreditləri
12:35 183 Amputasiya edilmiş ayaqları bərpa etdilər - Çində unikal əməliyyat
Çində cərrahlar unikal əməliyyat həyata keçirərək xəstənin amputasiya edilmiş ayaqlarını yerinə bərpa ediblər. "Qafqazinfo" "China Press" nəşrinə istinadən xəbər verir ki, bu, dünyada bud nahiyəsindən aşağı ətrafların ilk uğurlu replantasiya əməliyyatıdır. Məlumata görə, 51 yaşl
12:35 211 Xəzərin adını dəyişmək istəyənlərə 24 il əvvəl verilən cavab
"İranşəhri" adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı "Xəzərin tarixi adının bərpası tələbi" adlı kampaniyaya başlayıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu, İranda Xəzərin adının dəyişdirilməs
12:28 254 "Heç vaxt brendə 5 min avro vermərəm, saxtasını alıram"
Türkiyənin məşhur sənətçisi Seda Sayan "Kafa TV" proqramında səsləndirdiyi fikirlərlə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi bahalı brendlərə minlərlə dollar xərcləmək əvəzinə, bəzən saxta çanta və geyimlərə üstünlük verdiyini açıq şəkildə etiraf edib. Seda Sayan bu mövzuda "Gucci"
20:45 33 İki uşağı əlindən alınan ana övladlarına qovuşdu
Gəncədə azyaşlı övladları əlindən alınan ana uşaqlarına qovuşub. Bu barədə "Qafqazinfo"ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. O qeyd edib ki, uşaqlar ötən gün analarına təhvil verilib: "Məsələ ilə bağlı qadın "Azərbayca
11:10 229 İmran Xan həbsxanadan xəstəxanaya köçürülür
Pakistan Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın yaxın günlərdə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb. "Qafqazinfo" yerli "Dawn" qəzetinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin məmura ailə üzvləri ilə həftəlik görüşlərin təmin edilməsi barədə qəra
14:11 221