Bakıda küçədə yıxılan gəncin gözü kor oldu

Bakıda küçədə yıxılan gəncin gözü kor olduBakıda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü İsmayılov Elməddin İlham oğlu ehtiyatsızlıqdan yıxılaraq göz nahiyəsi yol kənarındakı səkiyə dəyib.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Yaralı dərhal əməliyyata götürülüb. Əməliyyatdan sonra müəyyən olunub ki, E. İsmayılovun bir gözü görmə qabiliyyətini itirib.

Hazırda xəstə həkim nəzarətindədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1203   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti