Peskov Putin və Ərdoğanın münasibətlərindən danışdı

Peskov Putin və Ərdoğanın münasibətlərindən danışdıRusiya prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı etimada əsaslanan işgüzar münasibətlər var.

Bunu Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov bəyan edib.

O, bildirib ki, iki lider arasındakı münasibətlər çox yaxşıdır və ciddi danışıqlar aparmağa şərait yaradır.

Peskovun sözlərinə görə, prezidentlərin gələn həftə baş tutacaq görüşünün başlıca müzakirə mövzusu Suriya məsələsi olacaq.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 291   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti