ABŞ ordusu Suriyada əməliyyat keçirib, mülki şəxslər arasında ölənlər var

ABŞ ordusu Suriyada əməliyyat keçirib, mülki şəxslər arasında ölənlər varABŞ Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar Suriyanın Deyr əz-Zor əyalətindəki Fərat çayının şərq sahilində əməliyyat keçirib.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Əməliyyat zamanı amerikalı hərbçilər yaşayış binalarına və köməkçi tikililərə atəş açıblar.

Şahidlərin dediyinə görə, əməliyyat zamanı azı üç mülki şəxs ölüb.

Oxşar əməliyyat Deyr əz-Zor əyalətinin şimalındakı Basitain və Əl-Jasemi kəndlərində də həyata keçirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 340   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş