Azərbaycandakı məhkum uşaqlar - Cinayət törədənlər, həbsxanaya düşənlər – STATİSTİKA

Azərbaycandakı məhkum uşaqlar - Cinayət törədənlər, həbsxanaya düşənlər – STATİSTİKAAzərbaycanda 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayətlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 323 belə cinayət hadisəsi qeydə alınıb. Onlardan 35-i ağır və xüsusilə ağır cinayətlərdi.

Rəsmi məlumatda görə, 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayət növləri aşağıdakı hərəkətlər olub:

Qəsdən adam öldürmə və adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, zorlama və zorlamaya cəhd, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, xuliqanlıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaq.

Statistikaya görə, uşaqlar arasında ən geniş yayılmış cinayət növü oğurluqdur. Ötən il uşaqların iştirakı ilə 192 belə cinayət qeydə alınıb.

2020-ci ildə cinayət törətmiş 14-17 yaşda olan uşaqların sayı 388 nəfər olub. Onlardan 376-sı oğlanlar, 12-si qızlardı. Cinayət törədən uşaqların 94 nəfərinin yaşı 14-15, 294 nəfərin yaşı 16-17 olub.

Törədilən cinayətlərə görə, 207 uşaq məhkum olunub. Onların 201-i oğlanlar, 6-sı qızlardı.

Digər təəccüblü fakt ondan ibarətdir ki, törədilən cinayətlərə görə məhkum olunmuş uşaqlar arasında hər iki valideyni olan ailədə böyüyənlər üstünlük təşkil edir. Belə ki, məhkum olunanlardan 182 uşaq hər iki valideyni olan ailədə, 23 uşaq bir valideyni olan ailədə, 2 uşaq isə internatda və uşaq evində böyüyənlərdi.

Məhkum olunan uşaqlardan 61 nəfər müəyyən müddətə azadlıqdan məhrum edilib, qalanlara digər cəza verilib.

Azadlıqdan məhrum olunmuş uşaqların 55,7 faizi (34 uşaq) 5 ilədək, 44,3 faizi isə (27 uşaq) 5 il və yuxarı müddətə cəza alıb.

Azadlıqdan məhrum olunmuş uşaqlardan qəsdən adam öldürməyə görə 8, qəsdən sağlamlığa ağır zərər vurmaya görə 11, seksual xarakterli zorakılıq hərəkətlərinə görə 8, oğurluğa görə 21, soyğunçuluğa görə 5, quldurluğa görə 4, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə 2, digər cinatətlərə görə 2 nəfərə iş kəsilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1235   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.