Bakıda gənc oğlan yeni ailə qurduğu qadını döydü - TƏFƏRRÜAT

Bakıda gənc oğlan yeni ailə qurduğu qadını döydü - TƏFƏRRÜATBakının Sabunçu rayonunda 1986-cı il təvəllüdlü Vəli ailə münaqişəsi zəminində həyat yoldaşı Almazı (adlar şərti verilib – red.) döyüb.

Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evdə baş verib.

Vəli həyat yoldaşı Almaz ilə ailə münaqişəsi zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Vəli arvadının sifət nahiyəsindən yumruqla vurub.

Nəticədə Almaz xəsarət alıb.

İstintaq orqanı tərəfindən Vəlinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Almaz ilə 28 aprel 2019-cu ildə rəsmi nikaha girib: "Bizim birgə nikahımızdan bir uşağımız var. Ailə həyatı qurduğumuz gündən ailə daxili söz mübahisələrimiz olub".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "Şam Bağı" restoranın yaxınlığında qayınatası tərəfindən tutulmuş kirayə evdə yaşayıblar: "Kirayədə yaşadığımız dövrdə ailə daxili kiçik söz mübahisələrimiz olub. Hadisə baş verən günü, təxminən saat 20.00-da yaşadığımız evdə olarkən həyat yoldaşıma iradımı bildirdim, yeməyi niyə başqa formada bişirməsini bildirdim. Almaz isə mənə yeməyi öz bildiyi kimi bişirdiyini bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı".

Vəli qeyd edib ki, arvadı ilə barışıb.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Almazın bildirdiyinə görə, ailə həyatı qurduqları gündən münasibətləri yaxşı olub: "Sonradan isə münasibətlərimiz heç bir əsaslı səbəb olmadan pisləşdi. Qayınanam İnarə ilə münasibətlərimiz yaxşı olmadığından Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "Şam bağı" restoranının yanında yerləşən fərdi evə köçdük, orada yaşamağa başladıq. Ayrı yaşadığım günlərdə Vəli ilə aramızda ciddi problemlər olmadı. Vəli ilə dəfələrlə mübahisələri ailəm üstündə baş verdi".

Zərərçəkmişin ifadəsinə görə, hadisə günü yaşadığı evdə olarkən həyat yoldaşı Vəlidən hamiləliyinə görə müayinələrdən keçmək üçün pul istəyib: "Vəli isə cavab olaraq pulunun olmadığını, valideynlərinin təqaüdçü olduğunu, bu səbəbdən müayinələrin pulunu atamdan almağımı bildirdi. Mən də Vəliyə kirayənin və müəyyən xərclərin atamın qarşıladığını dedim. Bu zaman Vəli münaqişə yaradaraq mənimlə kobud danışdı və yaşadığımız evin dəhlizində üzərimə hücum çəkdi. Məni və ailə üzvlərimi təhqir etdi. Əli ilə burun nahiyyəmdən zərbə ilə vurdu. Həmin zərbədən yerə yıxıldım və burnumdan qan açıldı".

Almaz ifadəsinin sonunda qeyd edib ki, Vəli ilə barışıb, ondan şikayətçi deyil.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə Vəlinin zərərçəkmişlə barışması nəzərə alınıb və onun barəsində olan cinayət təqibinə xitam verilib.

Vəli cinayət məsuliyyətindən azad olunub./Teleqraf.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2607   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.