Sumqayıt sakini Qusarda heroinlə saxlanılıb

Sumqayıt sakini Qusarda heroinlə saxlanılıbQusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Elməddin Fərəcovu saxlayıblar. Həmin şəxsin avtomobilinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 312   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş