Bakıda gecə saatlarında dəhşət: Gənc qızlar yaralandı

Bakıda gecə saatlarında dəhşət: Gənc qızlar yaralandıBakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Tbilisi prospektində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Allahverdiyeva Nigar Eldar qızını və həmyaşıdı Sofiyeva Ləman Əhməd qızını vurub.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Allahverdiyevaya sağ körpücük sümüyünün sınığı, L.Sofiyevaya isə bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1229   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti