"Morningstar": "Peyvənd istehsalçıları üçüncü dozadan milyardlar qazanacaqlar"

"Morningstar": "Peyvənd istehsalçıları üçüncü dozadan milyardlar qazanacaqlar""Pfizer" şirkəti 2022-ci ildə koronavirus peyvəndinin üçüncü dozasının satışından 26 milyard ABŞ dolları əldə edə bilər.

"Report"un xəbərinə görə, bu barədə "Morningstar" maliyyə şirkətinin proqnozunda deyilir.

Şirkətin builki satış proqnozu 4 milyard dollardır.

Digər peyvənd istehsalçısı "Moderna" isə bu il 2 milyard, gələn il 14 milyard ABŞ dolları qazana bilər.

Eyni zamanda, "Morningstar" analitikləri hesab edir ki, ölkələr üçüncü dozanı təsdiqlədikcə, gələn il satışlar əhəmiyyətli dərəcədə arta bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 315   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş