Ermənistan MN öz xalqını "ordumuz" var deyə aldadır: Növbəti dəfə ifşa olundular - FOTO
Ermənistanda keçirilmiş hərbi təlimlər zamanı çəkilmiş foto sosial şəbəkənin erməni seqmentində rezonans doğurub.
Belə ki, qəzəbli ermənilər Müdafiə Nazirliyinin ünvanına sərt tənqidlər səsləndiriblər.
Fotoda hər zaman olduğu kimi bütün fiziki parametrləri ilə döyüşçüdən başqa hər şeyə bənzədə biləcəyimiz bir erməni hərbçisi guya təlimlərin hansısa mərhələsi barədə kompüterdə hansısa işlə məşğul olur. Lakin erməniləri qəzəbləndirən heç də bu "döyüşçü"nün zahiri görkəmi olmayıb. Yəqin ki, öz ordularındakı acınacaqlı "döyüş hazırlığı"ndan onsuz da xəbərdardılar. Biz fotolarda görsək də, onlar öz "adamyeyən" yekəqarın hərbçilərini də, real döyüşlərdə sadəcə qaçışları ilə yadda qalan əsgərlərini də daha yaxşı tanıyırlar.
Qəzəb və nifrət dalğasına səbəb olan fotonun sadəcə "görüntü" naminə çəkilməsi olub. Çünki fotodakı hərbçi kompüterdə "maus"la işləyirmiş kimi görünsə də, fotoya diqqət yetirdikdə onun kompüterə qoşulmadığı aydın şəkildə görünür.
Kiçik bir məqam kimi görünsə də, bu hal Müdafiə Nazirliyinin həyasızcasına öz xalqını aldatmasını, onun gözünü boyamaq naminə min bir oyundan çıxmasını sübuta yetirib. Çünki bu qurum onsuz da hələ müharibə dövründə saxta məlumatlarla erməniləri ələ salıb.
Yəqin ki, hər birimiz "taktiki olaraq geri çəkilmə" yalanının banisi Artsrun Ovannisyanı da yaxşı xatırlayırıq. Görünür ermənilər də Ovannisyanı unutmadıqları üçün artıq Müdafiə Nazirliyinin oyuncağına çevrilməyi həzm edə bilmirlər.
Döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olan, hazırda isə hər vəchlə sadəcə "varlığını" sübuta yetirməyə çalışan Ermənistan MN-in bu cəhdlərinin məhz ermənilərin özləri tərəfindən ifşa olunması isə ölkədəki durumu daha acınacaqlı edir. Bu vəziyyət yalnız ortada "Ermənistan ordusu" deyə bir şeyin olmadığını sübuta yetirir. Şübhəsiz ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi mövcud həqiqəti dərk etməyəcəyi halda Ermənistan Müdafiə Nazirliyi bunun əksini iddia etməyə çalışdığı hər addımında məhz bu cür rüsvayçılığa düçar olacaq. Erməni xalqı isə kompüterə qoşulmayan "maus"la döyüşə hazırlaşan hərbçilərdən mədət umacaq...(oxu.az)

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1041 Tarix: 26 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304