Lavrov: "ABŞ Əfqanıstandan nəticəni düşünmədən geri çəkilib"

Lavrov: "ABŞ Əfqanıstandan nəticəni düşünmədən geri çəkilib""ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması tələsik və nəticəni düşünmədən verilən qərar olub".

"Report"un TASS-a mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Təəssüf ki, Əfqanıstandan qoşunların geri çəkilməsi düşünülmədən verilən qərar olub. Orada çoxlu silah qaldı, bu silahların qeyri-konstruktiv məqsədlər üçün istifadə edilməyəcəyinə əmin olmaq lazımdır", - Lavrov qeyd edib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda terror təhlükəsi artıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 304   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti