Əfqanıstanda cinayətkarların əlləri kəsiləcək

Əfqanıstanda cinayətkarların əlləri kəsiləcək"Taliban" Əfqanıstanda edam hökmlərini bərpa etmək planlarını açıqlayıb. Bundan başqa cinayətkarların əlləri və ayaqları kəsiləcək.

"Əllərin kəsilməsi təhlükəsizliyin təmini üçün vacibdir", - deyə hərəkatın qurucularından Molla Nuruddin Turabi bəyan edib. O, bu tədbirin çəkindirici təsir göstərdiyini bildirib.

Əzaların kəsilməsi və edam hökmlərinin ictimaiyyət qarşısında keçirilib-keçirilməməsi barədə "Taliban" hələ bir qərara gəlməyib.

Qeyd edək ki, Nuruddin Turabi yeni Əfqanıstan hökumətində həbsxana xidmətinə rəhbərlik edir./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 445   Tarix: 25 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az