Bakıda şagirdlərin gözləri qarşısında polislə vətəndaş arasında insident - VİDEO
Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında insident yaranıb.
Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. İlkin məlumata görə, 60 nömrəli məktəbin qarşısında avtomobili saxlayan valideyn övladını götürmək istəyib. Bu zaman polis əməkdaşları ilə mübahisə yaşanıb.
Videogörüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olub. İnsanlar uşaqların gözü önündə bu cür hadisənin yaşanmasını qınayıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, qeyd edilən hadisə zamanı "Opel Astra" markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlaması digər maşınların hərəkətinə maneə yaradıb:
"Sürücüyə ərazidə olan yol polisləri bir neçə dəfə xəbərdarlıq ediblər. Amma sürücü buna məhəl qoymayıb. Daha sonra polislər sürücü barəsində inzibati protokol tərtib ediblər. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və onları təhqir etməyə başlayıb. Daha sonra sürücü özünə xəsarət yetirmək üçün yaxınlıqda yerləşən orta məktəbin divarına baş nahiyəsini vurmağa çalışaraq, guya polis əməkdaşlarının onu döydüyü barədə həqiqətə uyğun olmayan görüntü yaratmağa çalışıb. Amma yol polislərinin çevikliyi sayəsində videodan da göründüyü kimi sürücünün özünə xəsarət yetirməsinə imkan verilməyib.
Daha sonra sürücü ərazi üzrə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparılıb. Onun barəsində araşdırmalar aparılır. Qeyd edək ki, sürücünün guya uşaqlarının gözü önündə polislər tərəfindən döyülməsi barədə sosial şəbəkələrdə yayılan fikirlər tam yalnış və yoxlanılmadan tirajlanan məlumatlardır. Həmin uşaqların qaydaları pozan sürücü ilə heç bir əlaqəsi yoxdur. Hadisə məktəbin yaxınlığında baş verdiyindən uşaqlar da lentə alan şəxs tərəfindən görüntülənib. Həmin sürücü qəsdən ajiotaj yaradaraq məsuliyyətdən yayınmaq üçün bu cür şouya əl atıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1952 Tarix: 25 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
11.11.2026 279 Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın
Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa
11.11.2026 200 Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi
Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir
11.11.2026 162 Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik
İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə
11.11.2026 132 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
11.11.2026 283 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
11.11.2026 296 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
11.11.2026 193 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11.11.2026 317 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 422