Sumqayıtda azyaşlı qardaşlar oğurlanıb? - YENİLƏNİB

Sumqayıtda azyaşlı qardaşlar oğurlanıb? - YENİLƏNİBÖtən gün sosial şəbəkələrdə Sumqayıtda azyaşlı qardaşların itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat əsassızdır:

"Sumqayıtda polis idarəsinə sözügedən azyaşlı qardaşların oğurlanması və ya itkin düşməsi ilə bağlı heç bir məlumat daxil olmayıb. Belə bir hadisə baş verməyib".

***

Sumqayıtda iki azyaşlı qardaş itkin düşüb.

BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, bu barədə onların yaxınları sosial şəbəkədə paylaşım edib. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər fotoda gördüyünüz bu iki qardaşı götürüb aparıblar.

Paylaşımı edən şəxsin sözlərinə görə, hadisə anı kameralara da həkk olunub.

Fotoda təsvir olunan azyaşlı qardaşları görən şəxslərdən yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.

Sumqayıtda azyaşlı qardaşlar oğurlanıb? - YENİLƏNİB


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10796   Tarix: 25 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş