Bacı qardaşını şirniyyata görə başlanan mübahisədə öldürüb...
Ağdaşda bacının qardaşı öldürməsi ilə nəticələnən qətl hadisəsinin təfərrüatı məlum olub.
"Qafqazinfo"nun məhkəmə materiallarına istinadən məlumatına görə, hadisə ötən ilin noyabrında rayonun Xosrov kəndində baş verib. Ailə münaqişəsi zəminində Ülkər Ələkbərova qardaşı Xancan Umarovu bıçaqlayaraq öldürüb.
2 uşaq anası olan Ülkər Ələkbərova əri ilə münasibətləri pis olduğu üçün bir müddətdir ata evinə köçüb orada yaşayırmış. O, ifadəsində qardaşının əsəb xəstəsi olduğunu, buna görə də evdə hər gün dava-dalaş yaratdığını, ata-anasını döydüyünü bildirib: "6 il əvvəl Xancanın ailəsi dağılmışdı, həmin vaxtdan ata-anamı, məni və bacılarımı buna görə günahlandırırdı. Anamı döydüyünə görə 6 aylıq həbs də olunmuşdu. 1 saylı Respublika Psixiatriya Mərkəzində müalicə alıb.
Hadisə günü evdə uşaqlarla televizora baxırdıq. Xancan şirniyyat istədi, evdə cəmi 3 ədəd şirin çörək olduğunu və həmin şirniyyatların uşaqlar üçün alındığını bildirdim. Əhəmiyyət verməyib şirniyyatları götürmək istədi. Qarşısına keçib götürməsinə mane oldum, məni itələyib şillə vurdu, saçımdan tutub sürüdü. Çətinliklə əlindən çıxıb mətbəxdən bıçaq götürdüm, özümü qorumağa çalışdım. Məni yumruqla vurmaq istəyəndə müdafiə məqsədilə sol qolundan və döş nahiyəsindən bıçaqladım. Yerə yıxaraq ayaqları ilə boynumdan sıxıb boğmağa çalışdı, başımdan zərbələr vurdu. Özümü qorumaq üçün Xancanın başından vurdum. Otaqdan çıxmaq istəyərkən əlimdən tutub dişlədi. Bu dəfə belindən zərbə vurdum. Xancan yıxılıb qaldı. Niyyətim qardaşımı öldürmək olmayıb, özümü qorumaq üçün etmişəm".
Məhkəmə-tibbi ekspertizası zamanı Xancanın hadisə vaxtı spirtli içki qəbul etdiyi aşkar olunub. Məhkəmə istintaqı qərar verib ki, Ülkər Ələkbərova iddia etdiyi kimi hadisəni törətdiyi an özünü müdafiə məqsədi güdməyib. Xancan Umarov bacısına hücum edərək onu döysə də, qətlin törədildiyi anda onun bacısı üçün hər hansı həyati təhlükəsi olmayıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülkər Ələkbərovaya 9 il azadlıqdan məhrumetmə cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1669 Tarix: 24 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
11.11.2026 279 Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın
Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa
11.11.2026 200 Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi
Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir
11.11.2026 162 Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik
İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə
11.11.2026 132 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
11.11.2026 283 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
11.11.2026 296 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
11.11.2026 193 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11.11.2026 317 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 422