Xalq artisti "od püskürdü": "Saxta pasport alanların hamısı haramzadədir" - FOTO
Saxta pasport alanların hamısı haramzadədir".
Bunu açıqlamasında Xalq artisti Bilal Əliyev bildirib.
Sənətçi özü peyvənd vurdurduğunu deyib, başqalarını da vaksinasiyadan yayınmamağa çağırıb:
"Pul verib saxta pasport alanlar hamısı yanlış fikirdədirlər. Hamımız bilirik ki, bütün dünyanı cənginə alan bir virusla üz-üzəyik. Zaman-zaman belə xəstəliklər dünyada olub və ona çarə tapıblar. İndi də koronavirus var, ona qarşı da alimlər, müdriklər bir araya gələrək vaksin hazırlayıblar. Vaksin elə bir şeydir ki, insan bədənində həm immunitet yaradır, həm də xəstəliyin başqalarına keçməsinə imkan vermir. Buna görə də, vaksinasiya hər kəs üçün vacib məsələdir. Ola bilər ki, məni də bu sözümə görə tənqid atəşinə tutsunlar ki, özün peyvənd vurdurmusan? Bəli, vurduran ilk şəxslərdən biri oldum".
O, insanların vaksini vurdurma qorxusunun yanlış olduğunu deyib və öz təcrübəsini bölüşüb:
"Bəzən insanlar qorxurlar, amma qorxulası heç nə yoxdur. Düzdür, əks təsirlər məndə də oldu. Bunları da deməklə səmimi olmaq lazımdır. Vaksini vurdurandan sonra kürəyimdə ağrılar oldu. Ağrı başlayanda krem çəkdim, masaj etdirdim, banka qoydurdum. Belə hal yaşananda gərək tez üstünə düşəsən ki, damarlar yumşalsın, əks halda, ürəyə müəyyən təsiri ola bilər.
Mən öz təcrübəmi insanlarla bölüşürəm və deyirəm ki, mütləq ağrı başlayan kimi tədbir görün. Vaksindən sonra sağlam qidalanmağa diqqət yetirdim, sulu yeməklər, göyərti, meyvə-tərəvəzi çox yedim, vitamin C istifadə etdim. İnsanlara da tövsiyə edirəm ki, qidalarına fikir versinlər və mütləq vaksini vurdursunlar. Hamı vaksin vurdurmalıdır ki, xəstəlik ölkəmizdən uzaq olsun.
Saxta pasport alanların hamısı haramzadədir. Özləri-özlərini aldadırlar. Bəzən deyirlər ki, filankəs vaksin vurdurdu, amma öldü. Kiminsə qaraciyəri, böyrəkləri, yaxud digər orqanları sıradan çıxıbsa, xəstədirsə, özü də immunitetini qaldırmırsa, yeməyinə fikir vermirsə, buna vaksin nə etsin? Vaksin vurdurmaqla hər şey düzəlmir ki. Hər şeyi vaksinin boynuna yıxıb, "vaksindən sonra öldü" demək düzgün deyil.
İnsanlara ən vacib məsləhətim odur ki, bacardıqları qədər açıq havada olsunlar. Bütün günü evdə oturmaq olmaz. Yemək yeyəndən sonra havaya çıxıb gəzmək lazımdır. Qapalı ofislərdə tez-tez pəncərəni açmaq, otağı havalandırmaq lazımdır. Hər gün fiziki hərəkət etmək, bədəndə qan dövranını artırmaq lazımdır. Hərəkət etmək qanı duruldur, bu zaman xəstəlik bizdən uzaq olar"./Yenisabah.az

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4172 Tarix: 22 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir
Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin
11.11.2026 291 Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı
11.11.2026 195 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11.11.2026 263 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
11.11.2026 283 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
11.11.2026 229 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
11.11.2026 302 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11.11.2026 445 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11.11.2026 276 Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın
Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa
11.11.2026 200