Meyxanaçı Samirə Moskvada yaşayanlardan danışdı: "İstər Rəqsanə olsun, istər..."
"Moskvada mənə heç bir azərbaycanlı müğənni dəstək olmadı".
Bunu Qaynarinfo-ya açıqlamasında bu günlərdə Rusiyadan qayıdan meyxana ifaçısı Samirə Yusifqızı deyib. Rusiyada iş quran müğənni gələcəkdə orada yaşayacağını da gizlətməyib:
"Bu yayı Rusiyada keçirdim. Tək Moskva deyil, Rusiyanın bir çox yerlərindən dəvətlər alıram. Azərbaycanda hər yan bağlıdır, bu üzdən sənət adamları yolunu Rusiyadan salmağa məcbur oldu. Orada toylarla yanaşı, xırda məclislər, konsertlər keçirilir, onların hər birinə dəvət alıram. Biz də dolanmalıyıq. Azərbaycan sənət adamlarının çoxusu artıq Rusiyada çalışır. Düzü, mən də orada iş qurmaq, yaşamaq istəyirəm. Bu isə asan məsələ deyil, orada yaşamaq, işləmək üçün qaydalar var, Rusiya vətəndaşlığını almalısan. Bu, külli miqdarda pul tələb edir, hələ ki, buna imkanım yoxdur, amma bunun üçün çalışacağam".
Meyxanaçı bildirib ki, Rusiyada ona yeganə dəstək olan Sərxan Kərəmoğlu olub:
"Heç kiminin qapısını döymərəm, heç kimdən də minnətim yoxdur, heç kimlə əlaqə saxlamıram. Allah mənim xalqıma versin, mənə çörək verən xalqımdır. Öz işimi özüm qururam, heç kimdən asılı adam deyiləm. Moskvada sıfırdan başlamışam, Allah deyib, gedirsən. Amma bir nəfər dəstək oldu - Sərxan Kərəmoğlu mənə atalıq, qardaşlıq, dayılıq elədi. Allah onun balalarını saxlasın, mən bunu unutmaram. Sərxan Kərəmoğlunun yaxşılığını ölənə kimi yaddan çıxarmaram. Moskvada mənə başqa heç bir azərbaycanlı müğənni dəstək olmadı, istəyir Rəqsanə olsun, istəyir bir başqası. Hamısı da bildi ki, ordayam. Heç kim mənə bir manat xeyir, bir məclis belə vermədi. Hamısı çəkilib kənarda dayandı, sanki Samirə yad planetdən gəlib".
Meyxanaçı bunu səbəbini rəqabətlə əlaqələndirib:
"Mənim tamaşaçılarım daha çoxdur, hamısı da bundan qorxdu. Çünki Azərbaycanda mənim kimi məclis aparan yoxdur. Rusiyada meyxanasevərlər çoxdur, mənim məclis aparmağım da bir başqa aləmdir. Bir giley-güzar etmədim. Çünki qayıdar deyər ki, sənə borcum var? Sağ olsun Sərxan Kərəmoğlunu, həyatımda iz qoyan dostum, qardaşım. Yaxşı dostları heç vaxt itirmirəm".
Samirə meyxanaçı Oqtay Kamil ilə işbirliyinin davam edəcəyini vurğulayıb:
"Oqtay da gözləyir ki, bir necə mahnı yazdıraq, işlərim çox olduğundan çadıra bilmirəm. 27-si yenidən Moskvaya qayıdacağam. Amma Oqtayla duetlərim davam edəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3645 Tarix: 22 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaklerdən ucuz ev alarkən diqqət: Kupçasız əmlak hansı riskləri daşıyır?
"Maklerlərin ucuz qiymətə torpaq alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda geniş yayılmış praktikadır. Lakin belə əmlak alarkən əsas məsələ evin yeni və ya ucuz olması deyil, onun hüquqi statusu və sənədlərinin qaydasında olub-olmamasıdır". Bunu BİG.AZ-a açıqlamasınd
18.08.2026 216 Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir?
Müasir mobil telefonlar ildırımı özünə cəlb etmir və ildırımvurma riskini artırmır. Cihazların tərkibindəki az miqdarda metal və zəif radiosiqnal şüalanması insanı ildırım üçün hədəfə çevirmir. Lakin şimşək çaxarkən başqa bir təhlükə - elektrik şəbəkəsində gərginliyin kəskin artması yarana bilər. xəbə
18.08.2026 105 Rusiya Ukraynaya raket zərbəsi endirdi: 10 nəfər öldü
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinə endirdiyi raket zərbəsi nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb. Reuters-in məlumatına görə, hücum bu gün səhər saatlarında Xarkov vilayətinin Peçeneqi yaşayış məntəqəsinə həyata keçirilib. Raketlərin yaşayış binalarının, kafe, poçt şöbəsi və mağazanı
18.08.2026 190 İsrail "İslam Cihad"ın komandirini məhv etdi
İsrail ordusunun Qəzzanın Xan Yunis bölgəsinə endirdiyi zərbələr nəticəsində "İslami Cihad" təşkilatının təchizat bölməsinin komandiri Tarik Ənvər Hamis Rəi öldürülüb. xəbər veirr ki, bu barədə İsrail ordusundan məlumat verilib. "Tarik Ənvər Hamis Rəi 7 oktyabr 2023-cü ildə İsrailə hücu
18.08.2026 128 Keçmiş və indiki xanımları dalaşdı - Baş məşqçi huşunu itirdi
Misir millisinin baş məşqçisi Hossam Hasanın keçmiş həyat yoldaşı Huveyda və hazırkı həyat yoldaşı Dina Mostafa dalaşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Misirdə hotellərin birində baş verib. Belə ki, baş məşqçi Dina ilə birlikdə hoteldə dincələrkən keçmiş həyat yoldaşı Hüveyda ora gəlib
18.08.2026 210 Rus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Donetsk vilayətinin Orexovatka və Krasnopodolye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
18.08.2026 148 Si Cinpin ABŞ-yə gedir - Tramp təsdiqlədi
ABŞ Prezidenti Donald Tramp Si Cinpinin Ağ Evə qarşıdan gələn səfərini təsdiqləyib. xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib. ABŞ lideri sentyabrın 24-də Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə görüşməyi gözlədiyini qeyd edib. Tramp həmçinin bildirib ki, sentyabr ayınd
18.08.2026 144 Prezident təqaüdçüləri ailə qurur
2021-ci ildə Prezident təqaüdçüləri olan Ruslan Murtuzov və Arzu Məmmədova ailə həyatı qurur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi paylaşım edib. Bildirilib ki, Sumqayıtda yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və İstedad liseyinin məzunlar
18.08.2026 273 Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
"Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır". xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatında yer alıb
18.08.2026 227