Dünyanın ən yaşlı əkizləri "Ginnesin Rekordlar Kitabı"na düşüblər - FOTO

Dünyanın ən yaşlı əkizləri "Ginnesin Rekordlar Kitabı"na düşüblər - FOTOYaponiyalı 107 yaşlı iki bacı dünyanın ən yaşlı əkizləri elan edilib.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı"nın saytında məlumat yayılıb.

Kome Kodama və Umeno Sumiyama 5 noyabr 1913-cü ildə Yaponiyanın Kaqava prefekturasındakı Sedo adasında anadan olublar. Onların ailəsində 13 uşaq böyüb. Bacılar kiçik yaşlarından ayrı yaşamağa başlayıblar. Eyni zamanda, bir-biri ilə əlaqə saxlayıblar.

Qadınlar iki dünya müharibəsinə şahidlik ediblər. Onlar bir-birlərini yalnız ailə üzvlərinin yas və toy mərasimlərində görüblər.

Hazırda onlar müxtəlif qocalar evlərində qalırlar. Kodama və Sumiyama artıq tarixin ən yaşlı əkizləri olduqlarını təsdiq edən sertifikatlarla təltif olunublar.

Dünyanın ən yaşlı əkizləri "Ginnesin Rekordlar Kitabı"na düşüblər - FOTODünyanın ən yaşlı əkizləri "Ginnesin Rekordlar Kitabı"na düşüblər - FOTODünyanın ən yaşlı əkizləri "Ginnesin Rekordlar Kitabı"na düşüblər - FOTODünyanın ən yaşlı əkizləri "Ginnesin Rekordlar Kitabı"na düşüblər - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1756   Tarix: 22 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti