Rafael və Coşqun bu kanalda - Yeni adla gəlir

Rafael və Coşqun bu kanalda - Yeni adla gəlir"Bu şəhərdə"nin məşhur simaları, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov yeni mövsümdən ATV kanalında aparıcılıq edəcəklər.

BiG.AZ-ın sorğusuna cavab olaraq, bu xəbəri telekanaldan təsdiq ediblər.

Belə ki, Rafael və Coşqunun yeni layihəsinin adı "Bu şəhərdə 2050" adlanacaq. Bununla yanaşı, efirdə yayımlanan və yayımlanmayan konsertlərdən görüntülər də telekanalda yer alacaq.

Telekanaldan onu da bildirdilər ki, "Bu şəhərdə"nin ikinci layihəsinin də müzakirəsi gedir. Bununla bağlı isə layihə öz təsdiqini tapdıqdan sonar ətraflı məlumat veriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4308   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş