Türkiyədə 5 min illik məzarlıq tapıldı

Türkiyədə 5 min illik məzarlıq tapıldıTürkiyənin Diyarbakır bölgəsinin Ergani mahalında 5 min illik məzarlıq tapılıb.

Yerli media xəbər yayıb ki, 12 min il əvvəl yaşayış yeri olduğu təxmin edilən Çayönü qəsəbəsində 5 min il yaşı olan məzarlığı bölgədə çalışan arxeoloqlar aşkarlayıb.

Diyarbakır valisi bildirib ki, məzarlıqda bişmiş qazanlar və gil boşqablar da üzə çıxıb. Bildirilib ki, məzarlıq əsasən türbələrdən ibarətdir. Məzarlığın Neolit dövrünə aid olduğu vurğulanır. İnsanların köçərilikdən oturaq həyata keçdikləri dövrə aid məzarlıq olduğu bildirilir.

Qeyd edilir ki, digər məzarlıqlarla müqayisədə budəfəki qəbiristanlığın yaşı 3 min il daha qədimdir.(xəzərxəbər)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 767   Tarix: 19 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti