Uşaqlardan ahıllara qədər: Qidalanma standartlarının ictimai faydası
"Ümumiyyətlə, qida normaları və balanslaşdırılmış menyu tələbləri ilk baxışda sadə inzibati yenilik kimi görünsə də, əslində cəmiyyətin sağlam gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Məlumdur ki, balanslı qidalanma təhsilin keyfiyyətinə birbaşa təsir göstərir və bu, yaxın ətrafımızda da müşahidə olunur.
Məktəblərdə, uşaq bağçalarında və internat tipli müəssisələrdə uşaqların qidalanması yalnız fiziki inkişafla məhdudlaşmır. Düzgün enerji balansı, vitamin və mineral qəbulu təmin edildikdə onların dərsə diqqəti, yaddaşı və ümumi öyrənmə qabiliyyəti yüksəlir. Beynəlxalq araşdırmalar göstərir ki, məktəb yaşlı uşaqlarda səhər yeməyi proqramlarının tətbiqi akademik nəticələri orta hesabla artırır. Bu baxımdan qida normaları sadəcə mətbəx qaydaları deyil, təhsilin nəticələrinə yönəlmiş strateji sərmayədir".
Bunu BiG.AZ-a açıqlamasında Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib.
O, qeyd edib ki, tibb müəssisələrində qida standartlarının yenilənməsi də xəstələrin sağalma dinamikasına birbaşa təsir edir. Xəstəxanalarda, sanatoriyalarda və reabilitasiya mərkəzlərində qida tərkibi artıq fərdi bərpa planlarına uyğun hazırlanacaq. Bu, diabet, ürək-damar və digər qidalanma pozuntuları olan pasiyentlər üçün xüsusi menyuların tətbiqini mümkün edir:
"Sosial xidmət sahəsində qidalanma normalarının artırılması isə həssas qrupların rifahını birbaşa yaxşılaşdırır. Uşaq evləri, ahıllar evi və sosial reabilitasiya mərkəzlərində yeni normativlər, xüsusən protein, vitamin və təbii məhsul nisbətlərinin artırılması ilə qidalanma rejiminin bərpasına imkan verəcək. Bu, həm uzunmüddətli sağlamlıq məsrəflərinin azalması, həm də sosial ədalətin möhkəmlənməsi baxımından vacibdir.
Bütün bu addımların əsas məqsədi qida keyfiyyətində miqdardan çox məzmuna fokuslanmaqdır. Artıq məqsəd çox yemək deyil, düzgün yeməkdir. Yeni normativlərdə duz, şəkər və trans-yağ miqdarının azaldılması, yerli kənd təsərrüfatı məhsullarının payının artırılması, ekoloji və halal tələblərin inteqrasiyası xüsusi vurğulanır.
Bu dəyişikliklərin ictimai sağlamlıq üçün də əhəmiyyəti böyükdür. Uşaqlıqdan balanslı qidalanma vərdişlərinin formalaşdırılması gələcəkdə piylənmə, diabet, hipertoniya və digər xroniki xəstəliklərin azalmasına səbəb olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 575 Tarix: 05 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 0 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
19:03 211 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
13:20 27 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 139 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
18:10 0 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143