Bakı məktəblərində kağız jurnallar aradan qalxdı – "Rəqəmsal məktəb" dövrü başladı

Bakı məktəblərində kağız jurnallar aradan qalxdı – "Rəqəmsal məktəb" dövrü başladı"Bakı şəhərindəki məktəblərdə kağız jurnalların ləğv edilməsi və bütün proseslərin yalnız "Rəqəmsal məktəb" platforması üzərindən aparılması təhsil sistemində mühüm yenilikdir. Bu qərar sadəcə texniki dəyişiklik deyil, idarəetmənin müasirləşməsi, şəffaflığın təmin edilməsi və tədris keyfiyyətinə nəzarətin gücləndirilməsi baxımından strateji addımdır. İndiyədək müəllimlər eyni məlumatı həm kağız, həm də elektron formada doldurmalı olurdular ki, bu da əlavə vaxt itkisinə və bəzən qeyri-dəqiqliklərə səbəb olurdu. İndi bütün proses vahid platforma üzərindən aparılacaq ki, bu da müəllimlərin iş yükünü yüngülləşdirəcək və idarəetmədə çevikliyi artıracaq.

Statistik məlumatlara görə, yalnız Bakı şəhərində 500 mindən çox şagird təhsil alır ki, bu da minlərlə sinif deməkdir. Hər bir sinif üçün illik jurnallar çap olunması on minlərlə kağız dəftərin istifadəsi ilə nəticələnirdi. Orta hesabla hər jurnal 200 səhifə olduğundan, ildə yüz minlərlə vərəq çap edilirdi. Bu, həm maliyyə baxımından əlavə xərc, həm də ekoloji yük yaradırdı. Rəqəmsal jurnal tətbiqi ilə xərclərə qənaət ediləcək, resurslar daha səmərəli istifadə olunacaq və müəllimlər dərsin keyfiyyətinə daha çox vaxt ayıra biləcəklər".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 29-cu maddəsində qeyd edilir ki, təhsil müəssisələrinin idarə olunmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təmin olunmalıdır. Elm və Təhsil Nazirliyinin bu qərarı həmin qanunun müddəalarına tam uyğundur. Burada yalnız texnologiyanın tətbiqi deyil, həm də valideynlərin məlumatlandırılma hüququnun təmin olunması mühüm əhəmiyyət kəsb edir. Valideynlər övladlarının davamiyyətini, qiymətlərini və məktəbdəki fəaliyyətini operativ şəkildə izləyə biləcək və məlumat üçün müəllim və ya direktorun subyektiv münasibətinə bağlı qalmayacaqlar. Bu da təhsil prosesində müdaxilələrin qarşısını alacaq və valideyn–məktəb münasibətlərini daha şəffaf edəcək:

"Dünya təcrübəsinə baxanda görürük ki, bu addım zamanında atılıb. Estoniyada "eKool" sistemi uzun illərdir tətbiq olunur və valideynlər, müəllimlər, şagirdlər bütün prosesləri onlayn izləyirlər. Finlandiya və Sinqapurda da kağız jurnal anlayışı artıq aradan qaldırılıb, tədris nəticələri yalnız elektron platformalarda qeydə alınır. Bu ölkələrdə valideynlər övladlarının dərsə davamiyyətini və qiymətlərini hər gün izləyə bilir, müəllimlər isə inzibati işlərə deyil, pedaqoji fəaliyyətə daha çox vaxt ayırırlar. Azərbaycan da bu istiqamətdə addım ataraq dünya təcrübəsinə uyğunlaşır və təhsil sistemini rəqəmsal transformasiyanın bir hissəsinə çevirir.

Müsbət tərəflərdən ən diqqətəlayiq olanı vaxta qənaətdir. Müəllimlərin inzibati yükü azalacaq, onlar daha çox dərsin məzmununa və şagirdlərlə işləməyə fokuslana biləcəklər. Valideynlər operativ qiymətlərdən və davamiyyətdən xəbərdar olacaq, məktəbdə baş verən proseslərdən kənarda qalmayacaqlar. Ən əsası isə, bu sistem müdaxilələrin qarşısını alacaq: əvvəlki hallarda bəzi jurnallara qeyri-qanuni müdaxilələr olur, qiymətlər dəyişdirilirdi, nəticələr manipulyasiya edilirdi. "Rəqəmsal məktəb" platformasında bütün məlumatlar mərkəzləşdirilmiş şəkildə saxlanacaq və müəllimlər, valideynlər, məktəb rəhbərliyi eyni anda eyni məlumatı görəcək. Bu, həm hesabatlılıq, həm də obyektivlik baxımından mühüm addımdır.

Bununla yanaşı, bəzi çətinliklər də mümkündür. İnfrastruktur bütün məktəblərdə eyni səviyyədə deyil, xüsusilə internetin keyfiyyəti bəzi yerlərdə zəifdir. Həmçinin yaşlı müəllimlərin bir qismi rəqəmsal bacarıqlarda çətinlik çəkə bilər. Lakin Elm və Təhsil Nazirliyi son illərdə müəllimlər üçün rəqəmsal bacarıqlar üzrə təlimlər keçirir, məktəblərin texniki təminatını gücləndirir və paralel işlər aparır. Bu, islahatın yalnız qərar olmadığını, eyni zamanda icra mexanizmləri ilə də dəstəkləndiyini göstərir.

Ümumilikdə, rəqəmsal jurnallara keçid idarəetmənin müasirləşməsi, şəffaflığın artırılması və valideynlərin prosesə daha çox cəlb olunması baxımından çox müsbət addımdır. Elm və Təhsil Nazirliyi göstərdi ki, yalnız ənənəyə bağlı qalmaqla deyil, müasir çağırışlara cavab verən islahatlarla təhsilin keyfiyyətini yüksəltmək mümkündür. Bu addım müəllimlərin iş yükünü yüngülləşdirəcək, valideynləri prosesə yaxınlaşdıracaq və ümumilikdə təhsil sisteminin rəqəmsal transformasiyasına real töhfə verəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1102   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 139
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.