Trampın media ilə qarşıdurması: təzyiq, siyasi mesaj, yoxsa informasiya nəzarəti?

Trampın media ilə qarşıdurması: təzyiq, siyasi mesaj, yoxsa informasiya nəzarəti?"ABŞ Prezidenti Donald Trampın CNN, MS NOW və Politico-nu Ağ Evdən "qadağan etmək" barədə son açıqlaması ABŞ-da prezident-media münasibətlərində növbəti gərgin mərhələnin başlanması kimi qiymətləndirilə bilər.

Burada ilk növbədə bir məqamı nəzərə almaq lazımdır ki, Tramp bunu yalnız həmin üç media qurumuna münasibət kimi təqdim etmir. O, onların fəaliyyətini "saxta xəbər", "yalan" və administrasiyasına qarşı qərəzli yanaşma kimi qiymətləndirir və hətta digər media qurumlarının da bu siyahıya əlavə edilə biləcəyini bildirir.

Deməli, söhbət təkcə jurnalistlərin Ağ Evə buraxılıb-buraxılmamasından getmir. Burada daha geniş siyasi-kommunikasiya strategiyası görünür.

Tramp uzun müddətdir ki, özünü ənənəvi medianın, xüsusilə də onu tənqid edən media qurumlarının qarşısında alternativ informasiya mənbələrinin tərəfdarı kimi təqdim edir. Onun sosial media platformalarından birbaşa istifadə etməsi də bunun mühüm hissəsidir. Yəni prezident öz mesajını ənənəvi media filtrindən keçirmədən birbaşa auditoriyaya çatdırmaq istəyir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Trampın media ilə qarşıdurması: təzyiq, siyasi mesaj, yoxsa informasiya nəzarəti?Ekspert qeyd edib ki, bu baxımdan, CNN, MS NOW və Politico kimi qurumlara qarşı sərt ritorika bir tərəfdən onların informasiya təsirini məhdudlaşdırmaq cəhdi kimi görünə bilər, digər tərəfdən isə Trampın öz siyasi elektoratına verdiyi mesajdır: "Mənim fəaliyyətimi tənqid edən media ilə mübarizə aparacağam və informasiya gündəmini onların müəyyən etməsinə imkan verməyəcəyəm."

Lakin burada hüquqi məsələ xüsusi əhəmiyyət daşıyır. ABŞ Konstitusiyasının Birinci Düzəlişi hökumətin ifadə və mətbuat azadlığını məhdudlaşdırmasına ciddi çərçivələr qoyur. Artıq 2025-ci ildə Associated Press ilə bağlı oxşar mübahisədə federal hakim hökumətin media qurumunu onun yaydığı mövqeyə görə cəzalandıra bilməyəcəyini bildirmişdi.

Ona görə də Trampın hazırkı addımını klassik mənada iqtisadi və ya inzibati sanksiya adlandırmaq hələ tezdir. Daha çox söhbət Ağ Evə çıxış imkanlarının məhdudlaşdırılmasından, yəni media üçün institusional və informasiya təzyiqindən gedir. Bunun real hüquqi nəticəsi isə məhkəmələrin mövqeyindən və administrasiyanın qərarı necə tətbiq etməsindən asılı olacaq.

Digər tərəfdən, Trampın mövqeyini yalnız "medianı susdurmaq cəhdi" kimi təqdim etmək də məsələnin bütün tərəflərini əhatə etmir. Prezidentin arqumenti ondan ibarətdir ki, media hakimiyyəti tənqid etmək hüququna malikdir, lakin onun fikrincə, qəsdən yalan və təhrif olunmuş məlumat yaymaq hüququna malik olmamalıdır. Tramp məhz "ədalətli və dürüst media" tələb etdiyini bildirir.

"Burada isə əsas problem ortaya çıxır: "saxta xəbər" anlayışının sərhədini kim müəyyənləşdirəcək? Prezidentmi, hökumətmi, media qurumunun özü, yoxsa müstəqil məhkəmə?
Demokratik sistemlərdə medianın əsas funksiyalarından biri hakimiyyəti sorğulamaq, ona suallar vermək və onun fəaliyyətini tənqidi şəkildə işıqlandırmaqdır. Eyni zamanda medianın da peşəkar məsuliyyəti faktları yoxlamaq, dəqiq və balanslı informasiya təqdim etməkdir. Bu iki prinsip bir-birini istisna etmir.

Trampın son addımı əslində daha böyük bir sualı gündəmə gətirir: Hakimiyyətlə media arasında münasibətin sərhədi harada bitir və siyasi hakimiyyətin media üzərində təsir imkanları harada başlayır?

Hesab edirəm ki, məsələnin mahiyyəti məhz buradadır. Çünki media hakimiyyətin nəzarətində olmamalıdır, amma media da özünü heç bir məsuliyyət daşımayan institut kimi görə bilməz. Hakimiyyətin və medianın qarşılıqlı münasibətləri hüquq, peşə etikası və ictimai məsuliyyət çərçivəsində tənzimlənməlidir.

Trampın CNN, MS NOW və Politico ilə bağlı son qərarı isə göstərir ki, ABŞ-da prezident-media qarşıdurması artıq yalnız siyasi polemika səviyyəsində deyil, həm də Ağ Evə çıxış, akkreditasiya və Birinci Düzəlişin hüquqi sərhədləri müstəvisinə keçib. Bundan sonrakı mərhələni müəyyənləşdirəcək əsas məsələ də məhz bu qərarın necə tətbiq ediləcəyi və məhkəmələrin buna necə münasibət göstərəcəyi olacaq." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 907   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fərhat Göçərdən illər sonra ETİRAF: Ağlayaraq ayrıldım

Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi "Cemre ilə TBT" proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb. Göçər bildirib ki, tibb fakültəsin

04.11.2026 414
.

Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb

"Gürcüstan hakimiyyəti öz kursunu dəyişəcəyi təqdirdə, ölkənin Avropa yolu açıq qalır". APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentində 2026-cı il üzrə genişlənmə paketini təqdim edərkən deyib. Onun sözlərinə görə

04.11.2026 341
.

Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi faktiki olaraq dayanıb və namizəd ölkə statusu artıq yalnız formal xarakter daşıyır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsind

04.11.2026 319
.

1960-cı illərin dəbi geri qayıdır - Bu çəkmələr yenidən trenddədir

2026-cı ilin payızında 1960-cı illərdə məşhur olan "go-go boots" çəkmələri yenidən dəbə qayıdıb. xəbər verir ki, bu ayaqqabılar baldırın ortasına qədər uzanan hündürlüyü, alçaq kvadrat dabanı və sadə forması ilə seçilir. Əvvəllər belə çəkmələr əsasən ağ rəngdə istehsal olunurdu. Lakin müasi

04.11.2026 439
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

12:14 158
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 180
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

13:55 134
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 171
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

14:06 114
.