Ürək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur.
Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloqla danışaraq ürək üçün faydalı olan dəniz məhsullarının siyahısını hazırlayıb.
Qızılbalıq
Qızılbalığın 115 qramlıq porsiyasında təxminən 23-25 qram protein var. Tərkibində karbohidrat yoxdur və balıq omeqa-3 yağ turşuları, B12 və D vitaminləri, həmçinin selenlə zəngindir. Qızılbalığın civə miqdarı da aşağıdır.
Siyənək
Siyənək omeqa-3 yağ turşuları, protein və B12 vitamini ilə zəngindir.
Mütəxəssislər duzun miqdarını azaltmaq üçün marinad edilmiş, qurudulmuş, hisə verilmiş və duzlanmış siyənək əvəzinə təzə və ya dondurulmuş balığa üstünlük verməyi tövsiyə edirlər.
Sardina
Sardina siyənəklə eyni fəsiləyə aid olan kiçik balıqdır. O, omeqa-3 yağ turşuları, dəmir və selenlə zəngindir. Bir porsiya sardina gündəlik selen ehtiyacının təxminən 82 faizini təmin edə bilər.
Sardinanın tərkibindəki omeqa-3 yağ turşuları iltihabın azalmasına kömək edə bilər. Balığın yeyilə bilən sümükləri isə kalsium və D vitamini mənbəyidir.
Konservləşdirilmiş sardina alarkən duz miqdarına diqqət yetirmək, su və ya zeytun yağında, az duzlu və ya duzsuz variantlara üstünlük vermək məsləhətdir.
Skumbriya
Skumbriya omeqa-3 yağ turşuları, protein və dəmirlə zəngindir. Bəzi skumbriya növlərində civənin miqdarı aşağıdır. Lakin kral skumbriyasında metilcivənin miqdarı yüksək ola bilər.
Alabalıq
Alabalıq omeqa-3 yağ turşuları ilə zəngin yağlı balıqdır. Tərkibində selen, B12 və D vitaminləri var. Civə miqdarı da aşağıdır.
Ançous
Ançous protein, omeqa-3 yağ turşuları, dəmir, kalsium və selenlə zəngindir.
Konservləşdirilmiş ançousda duzun miqdarı yüksək ola bilər. Buna görə təzə və ya qurudulmuş alternativlərə üstünlük vermək mümkündür.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 749 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 467 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 654 İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12.10.2026 851 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 766 Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm
31.10.2026 390 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 594 Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14.10.2026 869 Protein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
01.11.2026 334 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3031