Bankdan kredit ala bilməyənlər BOKT-a üz tutur: Faiz fərqi nə qədərdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bankdan kredit ala bilməyən vətəndaşların bir hissəsi çıxış yolunu bank olmayan kredit təşkilatlarında axtarır. Lakin burada əsas sual kreditə çıxışın mümkün olub-olmaması ilə yanaşı, vətəndaşın bu kredit üçün nə qədər artıq ödəniş etməsidir. Mərkəzi Bankın məlumatlarına əsasən, 2026-cı ilin I rübünün sonunda BOKT-larda manatla istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib. Banklarda isə istehlak kreditləri üzrə faizlər kreditin növündən və müştərinin şərtlərindən asılı olaraq daha aşağı səviyyədə formalaşır.
Belə olan halda bankdan imtina alan və BOKT-a üz tutan vətəndaşın kredit yükü nə qədər artır? BOKT kreditlərinin faizləri niyə banklarla müqayisədə daha yüksəkdir və vətəndaş kredit götürərkən hansı məqamlara diqqət etməlidir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bəli, burada fərq kifayət qədər böyükdür. Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin sentyabrında BOKT sektorunda milli valyutada istehlak kreditlərinin orta faizi 35% olub. Onun sözlərinə görə, banklarda isə istehlak kreditləri üzrə orta faiz təxminən 17% səviyyəsində idi: "Yəni orta göstəricilər əsasında BOKT-larda faiz banklardan təxminən 18 faiz bəndi yüksəkdir, başqa sözlə, təxminən iki dəfəyə yaxındır.
Bu fərqin əsas səbəbi riskdir. Bankdan kredit ala bilməyən şəxslərin bir hissəsi gəlirinin qeyri-sabit olması, kredit tarixçəsinin zəifliyi və ya digər səbəblərlə bank üçün daha riskli müştəri hesab olunur. BOKT həmin riski daha yüksək faizlə kompensasiya etməyə çalışır.
Lakin burada vacib məqam nominal faizlə faktiki illik faiz dərəcəsini qarışdırmamaqdır. Komissiya, xidmət haqqı, sığorta və digər ödənişlər kreditin real qiymətini daha da yüksəldə bilər. BOKT-larda faktiki illik faiz dərəcəsinin hesablanması ayrıca qaydalarla tənzimlənir.
Ona görə bankdan kredit ala bilməyən vətəndaş üçün BOKT alternativ maliyyə mənbəyi yaratsa da, kreditin ümumi geriödəmə məbləğini və faktiki illik faiz dərəcəsini müqayisə etmədən borclanmaq ciddi maliyyə yükü yarada bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 954 Tarix: 21 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFərhat Göçərdən illər sonra ETİRAF: Ağlayaraq ayrıldım
Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi "Cemre ilə TBT" proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb. Göçər bildirib ki, tibb fakültəsin
04.11.2026 414 Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
"Gürcüstan hakimiyyəti öz kursunu dəyişəcəyi təqdirdə, ölkənin Avropa yolu açıq qalır". APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentində 2026-cı il üzrə genişlənmə paketini təqdim edərkən deyib. Onun sözlərinə görə
04.11.2026 341 Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb
Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi faktiki olaraq dayanıb və namizəd ölkə statusu artıq yalnız formal xarakter daşıyır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsind
04.11.2026 319 1960-cı illərin dəbi geri qayıdır - Bu çəkmələr yenidən trenddədir
2026-cı ilin payızında 1960-cı illərdə məşhur olan "go-go boots" çəkmələri yenidən dəbə qayıdıb. xəbər verir ki, bu ayaqqabılar baldırın ortasına qədər uzanan hündürlüyü, alçaq kvadrat dabanı və sadə forması ilə seçilir. Əvvəllər belə çəkmələr əsasən ağ rəngdə istehsal olunurdu. Lakin müasi
04.11.2026 439 Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
12:14 158 Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar
10:41 180 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
13:55 134 Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək
Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl
12:04 171 İntensiv yağış yağacaq
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
14:06 114