Arıqlamaq üçün 10 SADƏ QAYDA - Faydasını MÜTLƏQ GÖRƏCƏKSİZ

Arıqlamaq üçün 10 SADƏ QAYDA - Faydasını MÜTLƏQ GÖRƏCƏKSİZZamanəmizdə "fast food" kimi qeyri-sağlam, yağlı qidalar, qazlı içkilər dəbdə olduğu üçün artıq çəki bir çoxlarının, xüsusən qadınların, kabusuna çevrilib.

İnsanlar adətən arıqlamaq üçün müxtəlif məhdudlaşdırıcı dietalara üz tuturlar: qreçka, qatıq. yulaf dietası və s... Lakin yalnız bir növ qidalardan istifadə orqanizmimizi "vəhşiləşdirir", bədənimiz "qorxuya" düşür və dietanı pozan kimi yediklərimizi "qara gün" üçün "depo"ya atmağa, piyə çevirməyə başlayır. Məhz bu səbəbdən pəhrizlə kəskin çəki atanlar normal qidaya qayıdan kimi çəkiləri ikiqat artır.

Arıqlamaq üçün 10 SADƏ QAYDA - Faydasını MÜTLƏQ GÖRƏCƏKSİZBəs doğru arıqlamağın yolu varmı?

İlk öncə qeyd edək ki, bir çox dietoloqların vurğuladığına görə, arıqlamağın ən optimal varıantı aya 3-4 kilo atmaqdır. Bu halda adətən atılan çəki geri qayıtmır. Kəskin çəki azalması isə xəstəliklərə səbəb ola bilər.

Bir çoxları elə düşünür ki, arıqlamaq üçün AC QALMAQ lazımdır, lakin ƏSLA! Əksinə, daha çox yemək lazımdır, lakin DÜZGÜN TƏRZDƏ və DÜZGÜN QİDALARI.

Arıqlamaq üçün 10 SADƏ QAYDA - Faydasını MÜTLƏQ GÖRƏCƏKSİZBiG.AZ kiçik bir araşdırma edərək arıqlamaq istəyən oxuculara bir neçə sadə qaydanı təqdim edir:

1. Özünüzü rejimə salın, zərərli vərdişlərdən imtina edib, yaxşı vərdişlər formalaşdırırın. Arıqlamaq üçün yalnız qidalanmaya deyil, ümumilikdə həyat tərzinə, yuxu rejiminə, stresslə mübarizə yollarına diqqət edilməlidir.

2. Aktivliyinizi artırın. Xüsusi idman zallarına, ağır hərəkətlərə ehtiyac yoxdur. Sadəcə gündə azı yarım saat piyada gəzin. Bunu səhər etmək bütün gününüzə gözəl təsir edəcək və daha gümrah olmanıza səbəb olacaq. Axşam gəzintisi isə daha rahat yatmağınıza yardım edəcək. Yaxud evin içində adi işlər görərkən yerinizdə tərpənin, oturub durun, rəqs edin. İş vaxtı da hər saatdan bir yerinizdən qalxıb hərəkət etmək məsləhətdir.

Arıqlamaq üçün 10 SADƏ QAYDA - Faydasını MÜTLƏQ GÖRƏCƏKSİZ3. Yeməyi hər istədiyiniz vaxtda deyil, müəyyən saatlarda yeyin. Məsələn, səhər 8:00-9:00 arası, günorta 13:00-14:00 arası, axşam 18:00-19:00 arası. Əsas qidalar arasında isə (hər gün eyni saat kəsimində) meyvə yemək, çay, yaxud kokteyl içmək olar.

Arıqlamaq üçün 10 SADƏ QAYDA - Faydasını MÜTLƏQ GÖRƏCƏKSİZ4. Bol su için. Səhər açqarına, eləcə də hər yeməkdən 30 dəqiqə əvvəl və 60-90 dəqiqə sonra 2 stəkan su için. Qaynanmamış təmiz su olsa, daha yaxşıdır. Böyük adam üçün gündəlik norma azı 2 litrdir (hər 9 kiloya bir stəkan su, məsələn, çəkiniz 72 kilodursa, normanız 72:9=8 stəkandır).

4. "Fast food" və qazlı içkilərdən imtina edib ev yeməklərinə üstünlük verin.

Arıqlamaq üçün 10 SADƏ QAYDA - Faydasını MÜTLƏQ GÖRƏCƏKSİZ5. "3 ağ ölüm" adlanan şəkər, duz, un tərkibli qidalardan bacardığınız qədər az istifadə edin. Rasionunuza qalan hər şeyi daxil edin: ət (toyuq, mal, balıq), meyvə-tərəvəz, dənli bitkilər, şirələr, kokteyllər, suplar, dolmalar və s. Bədəniniz bütün yeməklərdən "dadmalıdır". Hər qidanın öz faydaları var.

6. Ən azı günortalar yeməyin yanında mütləq tərəvəzlərdən istifadə edin. Qırmıızı, ağ kələm, gül kələmi, kabaçok (hamısı çiy vəziyyətdə), bibər, pomidor, xiyar, kök və digər istədiyiniz tərəvəzləri rəndə, yaxud blenderlə xırdalayıb qarışdırın, bol göyərti əlavə edin. Belə salat liflərlə dolu olduğu üçün daha tez arıqladacaq və orqanizminizi lazım olan vitaminlərlə təmin edəcək. Meyvələrdən isə sitrus meyvələri, xüsusən qreypfrut yağ yandırmağa daha çox kömək edir.

7. Tələsmədən yeyin və yediklərinizdən zövq almağa çalışın.

8. Qatıq və çia toxumu, qara çörəkotu, darçın, istiot, pul bibər və s ədviyyatlardan istifadə edin. Onlar həm həzmi və maddələr mübadiləsini yaxşılaşdırır, həm immunitetinizi artırır, həm də yeməyinizə dad qatır.

9. Şirniyyat əvəzinə, quru meyvə, xurma yeyin. Əgər şirniyyatsız qala bilmirsizsə, tərkibində 70%-dən çox kakao olan tünd şokolad yeyə bilərsiz. Tünd şokolad, əksinə, orqanizm üçün faydalıdır. Kakaonun tərkibindəki flavonoidlər ürəyə xeyirdir. Onlar bədəndəki antioksidantlardır. Flavonoidlər sayəsində şokolad xolesterin səviyyəsini idarə edir, təzyiqi normallaşdırır və tromb riskini azaldır, eləcə də həyati əhəmiyyətli orqanlara qan axınını yaxşılaşdırır. Şokoladın gündəlik norması 30 qramdır. Standart şokolad plitəsi adətən 100 qram olur, ona görə də günə plitənin 1/3 hissəsindən artıq yemək lazım deyil. Bu qədər yedikdə isə insan artıq çəki almadan bədən üçün faydalı antioksidantları qəbul edəcək.

Arıqlamaq üçün 10 SADƏ QAYDA - Faydasını MÜTLƏQ GÖRƏCƏKSİZ10. Ən əsası isə, MOTİVASİYANIZI HEÇ VAXT ƏLDƏN VERMƏYİN! Özünüzü çox sıxışdırmayın. Əgər ürəyiniz hər hansı bir qidanı istəsə, ayda bir dəfə özünüzə o icazəni verib tort, dönər, pizza və s. yeyin və həmin anın dadını çıxarın. Lakin buna görə özünüzü əsla qınayıb boş buraxmayın. Necə ki, ayda bir dəfə salat yeməklə siz arıqlamayacaqsınız, eləcə də ayda bir dəfə zərərli qida sizi kökəltməz. Unutmayın ki, güclü o kəs deyil ki, heç vaxt yıxılmasın. Güclü yıxıldıqdan sonra yenidən qalxıb yoluna davam edən kəsdir.

Arıqlamaq üçün 10 SADƏ QAYDA - Faydasını MÜTLƏQ GÖRƏCƏKSİZOnun üçün də hər bir işdə İLK NÖVBƏDƏ DÜŞÜNCƏLƏRİNİZDƏN BAŞLAYIN. Düşüncələriniz və dünyaya baxışınız dəyişərsə, SİZ DƏYİŞƏRSİZ. Hər kəs özü özünü "doldurur": həm maddi, həm mənəvi cəhətdən.

Arıqlamaq üçün 10 SADƏ QAYDA - Faydasını MÜTLƏQ GÖRƏCƏKSİZÖzünüzə hədəf seçin, çünki hədəfi olmayan insan nə etməli olduğunu da bilmir, məqsədsiz gəmi kimi dəryanın ortasında qalır. Hədəfiniz olduqdan sonra, nə olursa olsun, ona doğru getməkdən əl çəkməyin. Geri dönmək istədikdə isə nə üçün başladığınızı yada salın. Nəyi isə istəmək də azdır, ÇOX İSTƏMƏK və HƏRƏKƏT ETMƏK lazımdır. Necə deyərlər, "halva-halva" deməklə, ağız şirin olmaz. Eyni həyat tərzi sürüb, nələrinsə dəyişməsini gözləmək nə qədər məntiqli olar? Hər şeyin daha gözəl olması üçün daha gözəl olun, çünki hər şey SİZdən başlayır...

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1631   Tarix: 16 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?

Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla

18.09.2026 381
.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd

20.09.2026 311
.

Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?

Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür. Qaynarinfo xəbə

24.09.2026 111
.

Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq

"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza

03.09.2026 332
.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans

20.09.2026 321
.

Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər

21.09.2026 306
.

Sarıkökdən çox istifadə edin

Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların

12.09.2026 453
.

İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi

Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri

11.09.2026 395
.

Enerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?

Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki

21.09.2026 329
.