"Azərbaycanda heç kim 10-15 nəfərlə toy etmək istəmir, ona görə də..."

"Azərbaycanda heç kim 10-15 nəfərlə toy etmək istəmir, ona görə də..."Toy mərasimləri həm adət-ənənə baxımından həm, ümumiyyətlə, gözəl bir hadisəni təntənəli bir şəkildə qeyd etmək baxımından insanların bir araya gəlməsi, sosiallaşması, uzun müddət bir-birini görməyən qohumların görüşməsi, yeni qohumlarla tanış olmaqları baxımından çox əhəmiyyətli, çox vacibdir.

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov Milli.Az-a açıqlamasında deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycanda indiki durumda toylarla bağlı icazə çox tez olar:

"Zənnimcə, insanların toy keçirməsi nikahla birbaşa bağlı deyil, yəni nikah nikahdır. Bağlandı, artıq insanlar nikah bağlamış hesab olunurlar, demək, bir ailə kimi yaşaya bilərlər. Toy mərasimi, sadəcə olaraq, onun təntənəli qeyd olunması mərasimidir, necə ki, insanlar ad günü qeyd edirlər. Əgər ad günü mərasimi olmasa insanın 30 yaşı tamam olmayacaq? Bu, bir az absurd bir şeydir, amma, əlbəttə ki, vacibdir.

Kim istəyər ki, onun qohumları gəlsin toyda virusa yoluxsun?!

İnsanlar başa düşməlidirlər ki, əgər hazırda bütün dünya koronavirusla mücadilə edirsə, əgər bir çox ölkələrdə, o cümlədən Azərbaycanda bu qədər insan ölürsə, belə mərasimləri təxirə salmaq olar. İnsanlar həmişə toya kimləri dəvət edir, yaxın qohumlarını, dostlarını və s. Kim istəyər ki, onun qohumu gəlsin bu toyda ya xəstələnsin, ya da ki kimlərisə xəstələndirsin?! Həmin toy artıq acı xatirə kimi yadda qalacaq. Bu, kimə lazımdır? Düşünürəm ki, bizim insanlarımız daha məsuliyyətlidir. Hamı bilir ki, toy risklidir, insanlar toylarını səbirsizliklə gözləyirlər. Bir çoxları artıq gedib nikh bağlayıbdır, nikahdan sonra toy da etmək olar.

Hazırda toy qərarı mümkünsüzdür

Bizim gənclərimizi və toy etmək istəyən digər insanları toyun baş verməməsi saxlamamlıdır. Yəni, əgər onlar nikaha hazırdırlarsa, onsuz da, toy nikah bağlandıqdan 30 gün sonra ola bilər. Nikah bağlanırsa, bunlar artıq qanun qarşısında, inanclı insanlardırsa, din qarşısında bir ailədirlər. Toyu sonra da etmək olar. Ona görə də insanlar öz sağlamlıqlarını, yaxın qohumlarının, dostlarının, sevdikləri insanların sağlamlığını, ilk öncə, öndə tutmalıdırlar. Ona görə toyların keçirilməsi nə vaxt icazə verilərsə, epidemioloji vəziyyət qənaətbəxş olarsa və yaxud dünyada COVİD-lə bağlı hər hansı bir pozitiv irəliləyiş olarsa, o zaman, yəqin ki, toylara icazə veriləcək. Amma hazırda heç bir sivil ölkədə toyların keçirilməsinə icazə yoxdur və yaxud çox məhduddur, yəni 10-15 nəfərlə qeyd edirlər. Azərbaycanda heç kim 10-15 nəfərlə toy etmək istəmir. Ona görə də düşünürəm ki, hazırda toy qərarı mümkünsüzdür, çox risklidir. Həm yas, həm də ki toy mərasimləri, ad günləri Azərbaycanda və eləcə də digər ölkələrdə insanların kütləvi yoluxmasına səbəb olubdur və bundan sonra da ola bilər. Ona görə də bunu bilə-bilə hansı dövlət buna gedə bilər, hansı vətəndaş bunu tələb edə bilər? Bu
məsuliyyətsizlik olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 8915   Tarix: 05 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur

Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyi

17:49 206
.

Böyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?

Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını

11:52 294
.

QƏHVƏ 5 DƏQİQƏYƏ STRESİ AZALDIR

Qəhvə qoxusunu 5 dəqiqə ərzində nəfəsə çəkmək stresi azaldır və insana rahatlıq gətirir. Bunun Türkiyə mediasına istinadən bildirib. Araşdırmaya görə, təzə dəmlənmiş qəhvənin ətri narahatlıq, yorğunluq, çaşqınlıq və kədəri aradan qaldırır. Qəhvə ətri insanda qəfil enerji artımı yaratmaqdan daha çox

11:03 249
.

Bakı Humanitar Kollecində DƏHŞƏT: tələbəyə 6 bıçaq zərbəsi vuruldu

Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. "Bakupost"a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib. -ın əld

18:15 208
.

ABŞ-dakı seçkilər Ukraynada sülh danışıqlarına təsir edə bilər

Ukraynada müharibənin danışıqlar yolu ilə başa çatdırılması üçün ən əlverişli imkan 2026-cı ilin sonunadək qüvvədə qala bilər. xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Vaşinqtonda yerləşən Kvinsi Məsuliyyətli Dövlətçilik İnstitutunun tədqiqatçısı Mark Episkopos bildirib. Ekspert bu ehtimalın ABŞ-dak

10:48 246
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neç

10:32 263
.

Hədiyyə edilən ev boşanma zamanı ər-arvad arasında bölünə bilər?

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, ər-arvadın nikaha daxil olanadək sahib olduqları əmlak, habelə nikah dövründə hədiyyə, vərəsəlik və digər əvəzsiz əqdlər əsasında əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyəti hesab olunur və bir qayda olaraq, bölünmür. Lakin Ali Məhkəmə Plenumunu

12:32 335
.

Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yalnız hərbi Qələbə ilə nəticələnən hadisə deyil, həm də dövlətçilik tariximizin yeni mərhələsini müəyyənləşdirən fundamental dönüş nöqtəsi oldu. Bu müharibə uzun illər davam edən işğala son qoymaqla Azərbaycanın ərazi bütövlüyünü

17:16 180
.

Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam

Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyü

16:21 214
.