Ronaldo 8 milyona yeni avtomobil aldı

Ronaldo 8 milyona yeni avtomobil aldıPortuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb.

Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib.

Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyon avro ödəyib. Bu, limitli modeldir.

Fransa şirkəti cəmi 10 ədəd "Buqatti Sentodieçi" hazırlayacaq. Bu on avtomobil şirkətin 110 illik yubileyi münasibətilə buraxılır. Maşının maksimal sürəti 380 km/s-dır. Avtomobil 100 km/s sürəti cəmi 2,4 saniyəyə yığır.

Futbolçu yeni maşınını məhz A seriyasındakı çempionluğu şərəfinə alıb. Lakin "Buqatti" yalnız 2021-ci ildə futbolçuya veriləcək.

Qeyd edək ki, Ronaldo bir neçə gün öncə çempionluq münasibətilə 6 milyonluq yaxta da alıb.


BiG.Az
Telegramda izləyin
Video   Baxılıb: 2740   Tarix: 31 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

TOP MP3