"TANAP Azərbaycanın qlobal şoklara dayanıqlığını artıracaq"
Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çatdırılması yönündə bir sıra iri layihələr həyata keçirilib. Bura Cənub Qaz Dəhlizinin vacib elementi olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin reallaşdırılması da daxildir. Bu günlərdə TANAP-la kommersiya qazının nəqlinə başlamasının ikinci ili tamamlanacaq.
Ümumiyyətlə, TANAP Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
Bu barədə "Report"a açıqlama verən iqtisadçı-ekspert Amal Həsənli bildirib ki, bu layihənin reallaşmasının ölkəmiz üçün böyük strateji əhəmiyyəti vardır.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya çatdırılması, "köhnə kontinentin" enerji təhlükəsizliyinin təmin olunması baxımından xüsusi önəm daşıyır: "Avropa Rusiya və ABŞ-dan aldığı qazın diversifikasiyasını həyata keçirməkdə maraqlıdır. Ona görə də enerji məhsullarının idxalının şaxələndirilməsi sözü gedən regionun enerji təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Bu mənada TANAP Avropanın enerji təhlükəsizliyinin təminatına töhfə verən layihədir".
A.Həsənli diqqətə çatdırıb ki, yaxın və orta perspektivdə Azərbaycan təbii qaz ixracından 10 milyardlarla ABŞ dolları həcmində gəlir əldə edəcək: "Bu gəlirlər qarşıdakı illərdə dayanıqlı inkişafın təmin olunmasında və valyuta ehtiyatlarının artırılmasında müstəsna paya sahib olacaq. Nəticədə Azərbaycan daxili və xarici şoklara qarşı daha dayanıqlı olacaq və onlara daha operativ və adekvat reaksiya verəcək. Eyni zamanda, əsasən qeyri-neft sektorunda yeni istehsal sahələrinin, yüksək texnoloji sferaların yaradılması, nəhəng infrastruktur layihələrinin reallaşdırılması üçün potensial imkanlar mövcud olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 527 Tarix: 23 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə
Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını
10:31 150 Paşinyan: Rusiya ilə münasibətlərimiz əvvəlki kimi olmayacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Rusiya arasındakı münasibətlərin "qaçılmaz şəkildə dəyişəcəyini" bildirib. O qeyd edib ki, bu dəyişikliklər heç bir konkret şəxs və ya siyasi qüvvə ilə bağlı deyil. xəbər verir ki, Paşinyan bu barədə "Boon TV"yə müsahibəsində danışıb
10:45 142 Lavrov: Rusiya-Ermənistan dialoqu xalqların maraqlarına xidmət edir
Rusiya və Ermənistan arasında dialoqun davam etdirilməsi hər iki ölkənin xalqlarının maraqlarına xidmət edir. xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib. "Əminəm ki, Rusiya və Ermənistan xaric
10:40 131 Sərnişinlərə bildiriş göndəriləcək - avtobuslarda yeni sistem tətbiq olunur - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA
İctimai nəqliyyatda sərnişinlərin rahatlığının artırılması istiqamətində yeni funksiyalar tətbiq edilir. " portalında artıq seçilən reysdə boş yer olmadıqda, yer yarandığı zaman sərnişinə avtomatik bildiriş göndərilməsi mümkündür. Bu yenilik fonunda isə ictimai nəqliyyatın idarə olunması ilə bağl
12:50 132 "Trump TV" fəaliyyətə başladı
ABŞ Prezidentinin Administrasiyası "Trump TV" adlanan xəbər kanalını işə salıb. "Qafqazinfo" "The Washington Sun" nəşrinə istinadən xəbər verir ki, platformada ilk olaraq Prezident Donald Trampın iki ay əvvəlki çıxışının videoçarxı yayımlanıb. ABŞ liderinin mətbuat katib
11:30 125 Şimali Koreya sərhədində partlayış: yaralılar var
Cənubi və Şimali Koreyanı ayıran Demilitarizasiya Zonasında (DMZ) naməlum qurğu partlayıb. xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb. Məlumata görə, partlayış səhər saatlarında DMZ-in qərb sektorunda Hərbi Demarkasiya Xəttinin cənubunda axtarış və kəşfiyyat əməliyyat
21.09.2026 232 Rusiya Ukraynanın bu obyektlərini vurdu
Ukraynada gecə saatlarında bir sıra mühüm obyektlərə zərbələr endirilib. Rusiya tərəfi hücumların logistika mərkəzləri, limanlar və hərbi yüklərin daşındığı gəmilərə qarşı həyata keçirildiyini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev və Odessa vilayətlərind
21.09.2026 228 Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21.09.2026 358 Rus ordusu daha iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Polnaya və Novoaleksandrovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
21.09.2026 230