"Polisin rüşvət aldığı təsdiqlənərsə, nəinki orqandan xaric ediləcək..."
"ASAN Xidmət tərəfindən verilən məlumata əsasən, iki gün ərzində faəliyyətinə icazə verilən təşkilatlarda işləyən 260 mindən də çox şəxs haqqında məlumat portala yerləşdirilmişdi. Şənbə gününə qədər 70 min, bir gün sonra 82 min nəfərin ölkədaxili hərəkət etməsinə icazə verilmişdi. 82 min şəxsin təkcə xidməti nəqliyyat vasitələri yox, şəxsi nəqliyyat vasitələrindən istifadəsinə də icazə verildi. Çox təəssüflər olsun ki, bundan da kütləvi şəkildə sui- istifadə hallarına yol verildi"
BiG.AZ xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev REAL TV-yə müsahibəsində deyib. O qeyd edib ki, elə təşkilatlar, müəssisələr var idi ki, onlara Nazirlər Kabinetinin qərarına əsasən məhdud sayda işçilər haqqında informasiyanı icazə portalına daxil etməli olduqları halda, nə qədər işçiləri var idisə hamısının ad soyadını portala daxil etmişdilər: "Aydın məsələdir ki, portalda onun hərəkətinə icazə varsa, onların sərbəst hərəkətinə icazə verilir. Görünən odur ki, bu məlumatların ən çox portala daxil edilməsində məqsəd həmin insanların məhz həmin günlərdə Bakı, Sumqayıt, Abşeron rayonunun inzibati ərazisini tərk etmək olub. Bu onların özlərinin də əziyyət çəkməsinə gətirib çıxardı.
Həmin sui-istifadəyə yol verilən şəxslərin adının qara siyahıya salınması mümkündür. Ancaq onunla bağlı araşdırma aparılır. Bu bir və ya on maşın deyildi. Biz müvafiq orqanlar qarşısında məsələ qaldırmışıq ki, portala daxil edilən məlumatlara nəzarət mexanizmi olmalıdır. Hər kəs öz istədiyi sayda əməkdaşı haqqında məlumatı ora daxil etməsin. Çünki bu məlumatın olması həmin şəxsin sərbəst hərəkətinə icazə verir. Polis yalnız portala görə yoxlaya bilir".
K. Əliyev həmçinin postdan keçməyə görə polis əməkdaşlarına hər hansı rüşvətin verilməsi ilə bağlı iddialara da cavab verib.
O bu iddiaların yeni olmadığını vurğulayıb: "Bu ölkədə xüsusi karantin rejimi tətbiq edilməyə başladığı vaxtdan gedən söhbətlərdir. Dəfələrlə sosial şəbəkədə bu haqda informasiyalar yayılıb. Biz də mütəmadi olaraq bu şayiələri yayan insanlara müraciət etmişik ki, konkret məlumat verin. Həmin şəxslərin gəldiyi avtomobilin dövlət nömrə nişanı bizə verilsin ki, biz onu araşdıraq. Postdan keçən vaxtı bilək ki, onu hansı əməkdaşımız yoxlayıb. İndiyə kimi bununla bağlı konkret fakt bizə verilməyib. Əgər fakt təsdiqini taparsa, həmin əməkdaş Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən cəzalandırılacaq. O nəinki orqandan xaric edilə, hətta haqqında cinayət işi də açıla bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1924 Tarix: 17 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistanın qarşısında tarixi seçim: Konstitusiya və sülh prosesi
Ermənistanda Konstitusiya dəyişikliyi məsələsinin gündəmə gətirilməsi, əslində, ölkənin siyasi elitası qarşısında duran ən ciddi strateji seçimlərdən biridir. Bu, artıq yalnız Konstitusiyanın ayrı-ayrı maddələrinin dəyişdirilməsi deyil, Ermənistanın gələcək dövlətçilik ideologiyasının hansı istiqamətd
27.11.2026 284 Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub
Yevlaxda kənd təsərrüfatının və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib, Dövlət Proqramının icrası çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfada
27.11.2026 275 Paşinyan Ermənistan gerbinin taleyinin referendumda həll ediləcəyini açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan üzərində Ağrı dağı (Ararat) təsvir olunan ölkə gerbinin taleyinin referendum yolu ilə xalq tərəfindən müəyyən ediləcəyini bildirib. xəbər verir ki, Paşinyan bu barədə "Armenpress"in yayımladığı brifinqdə danışıb. Ermənistan hakimiyyəti ölkənin yeni Konstitusiy
27.11.2026 228 Dünya Bankı Özbəkistana 800 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib
Dünya Bankının Direktorlar Şurası Özbəkistanda iqtisadi islahatların dəstəklənməsi üçün 800 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə paketini təsdiqləyib. xəbər verir ki, bu barədə "İnterfaks" banka istinadən məlumat yayıb. "Proqram daha yüksək maaşlı iş yerlərinin yaradılmasına
26.11.2026 347 Sabah hava necə olacaq?
Noyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək
27.11.2026 285 Paşinyandan Rusiya ilə münasibətlərə dair açıqlama
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya zərər vurmaq niyyətində və ya istəyində olmadığını bəyan edib. xəbər verir ki, Paşinyan bu barədə "Armenpress" xəbər agentliyinin yayımladığı brifinqdə danışıb. "Belə bir zərər olmayıb və olmayacaq da. Biz Rusiyadan da eyni münasibəti gözləyirik
27.11.2026 268 İctimai nəqliyyatda itirdiyimiz mədəniyyət - Bir-birimizə niyə dözmürük?
Demək olar ki, hə gün ictimai nəqliyyatda eyni hallarla rastlaşırıq: Sərnişinlər bir-birlərinə kobudluq edir, növbəni pozur, tıxacda qaldıqda sürücü ilə mübahisə edir, hətta bəzən bu mübahisələrin sonu məhkəmədə bitir. Təsadüfi deyil ki, ötən günlərdə də belə bir xoşagəlməz hal baş verdi. Sürücüdən dayanacaqda
27.11.2026 214 Stalinin bəyəndiyi, atası 4 il itkin düşən, qızını və ərini qəzada itirən aktrisa
Azərbaycan kinosunun qızıl fonduna daxil olan filmlər var ki, illər keçsə də, tamaşaçılar onları yenidən izləməkdən yorulmur. "Arşın mal alan"ın Gülçöhrəsi, "Dəli Kür"ün Mələyi, "Fətəli xan"ın Sara xanımı… Bu obrazları birləşdirən təkcə ekran yaddaşı deyil, həm də onlar
27.11.2026 253 Pəncəlinin qardaşına vəzifə verildi
Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Nurməmməd oğlu Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsinə təyin edilib. -a istinadən xəbər verir ki, eyni zamanda, mərkəzin direktoru vəzifəsinin müvəqqəti icrası ona həvalə olunub. Qeyd edək ki, Famil Teymurov 2012-c
27.11.2026 320