İctimai nəqliyyatda itirdiyimiz mədəniyyət - Bir-birimizə niyə dözmürük?

İctimai nəqliyyatda itirdiyimiz mədəniyyət - Bir-birimizə niyə dözmürük?Demək olar ki, hə gün ictimai nəqliyyatda eyni hallarla rastlaşırıq: Sərnişinlər bir-birlərinə kobudluq edir, növbəni pozur, tıxacda qaldıqda sürücü ilə mübahisə edir, hətta bəzən bu mübahisələrin sonu məhkəmədə bitir. Təsadüfi deyil ki, ötən günlərdə də belə bir xoşagəlməz hal baş verdi. Sürücüdən dayanacaqdan kənarda saxlamasını tələb edən sərnişin sonda ön qapının şüşəsini təpiklə sındıraraq, açıb.

Bəs, nəyə görə bu aqressiyalara daha çox ictimai nəqliyyatda rast gəlirik? Bu davranışların altında hansı psixoloji və sosial səbəblər var? İnsanlar niyə bir-birlərinə qarşı kobud rəftar sərgiləyirlər?

Psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda insanın tez əsəbiləşməsinin psixoloji və sosial səbəbləri var:

"Avtobusda, metroda və ümumiyyətlə, ictimai nəqliyyatda insanların emosional dözümlülüyü nəyə görə azalır? İnsanlar nəyə görə bəzən istəyirlər ki, nə olursa-olsun, dərhal cavab versinlər? Onlarda niyə qıcıq yaranır? İnsanların daha çox aqressivləşməsinə bir neçə bucaqdan baxmaq olar. Bu, stress, yorğunluq, nəzarəti itirmək, sıxlıqda boğulma, insanlarla yaxın təmasda olma, dərhal təmasın yaranması, şəxsi sərhədlərin pozulması və ən əsası, frustrasiya hissi ilə əlaqədardır.

Bütün bu hallar nəticədə empatiyanın azalmasına səbəb olur. Bu isə yekunda qəzəbə çevrilir. Bu qəzəb insanların özlərinin də fərqində olmadan onlar haqqında ictimai qınağın yaranmasına səbəb olur. Bəzən insan üçün ən böyük cəza ictimai qınaqdır. İctimai qınaq zamanı insanın psixoloji dözümlülüyü onu idarə etməyə başlayır. Bəzən görürük ki, belə olduqda suisid halları baş verir.

İctimai nəqliyyatdan istifadə edən insanlara tövsiyəm ondan ibarətdir ki, nə olursa-olsun, sosial məsuliyyətin zəifləməsinə icazə verilməsin. Sosial məsuliyyət zəiflədiyi halda digərlərinin marağına səbəb olacaq görüntülər ortaya çıxır".

Sosioloq Naib Niftəliyev Lent.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatdakı sıxlıq problemi bizim cəmiyyət üçün aktual məsələdir:

"Bakıda, qismən Sumqayıtda və Gəncədə bu problem vaxtaşırı yaranır. Tədricən orta və kiçik şəhərləri, nisbətən böyük rayonları da əhatə edir. Bu, bir tərəfdən yaxşıdır, iqtisadi aktivliyin, fəallığın göstəricisidir. Lakin görünən odur ki, burada tənzimləmələrlə bağlı ciddi problemlər var. Hansı nəqliyyatdan nə vaxt, necə istifadə edilməsi, ictimai nəqliyyatla şəxsi nəqliyyat vasitəsinin tarifinin qarışdırılması və düzgün istifadəsi məsələsi ortaya çıxır. Digər tərəfdən isə nəqliyyat qrafikinin düzgün tənzimlənməsi, nəqliyyatın ağıllı idarə edilməsi ilə bağlı problemlər ortaya çıxır. Bizdə nəqliyyatın tənzimlənməsi məsələsində ciddi problemlər var.

Dayanacaqlarda növbə mədəniyyətinin formalaşması üçün cərimələr müəyyən qədər kömək edə bilər. Ancaq sıxlıq həddindən artıqdırsa, bu zaman növbəlilik prinsipi tətbiq oluna bilər. Lakin bu, o halda işə yaraya bilər ki, insanın Gəncədə və ya Bakıda çalışmasının heç bir fərqi olmasın. Bu zaman nəqliyyatda sıxlıq əhəmiyyətli dərəcədə azalar. İnsanın iş üçün başqa rayondan Bakıya üz tutması, əlbəttə ki, şəhərdə sıxlığa səbəb olacaq. Biz bu məsələləri düzgün şəkildə həll etsək, nəqliyyatdakı problemlər də aradan qalxacaq.

İctimai nəqliyyatda insanların bir-birinə qarşı kobud rəftarı təbii və gözləniləndir. Çünki heç kim bir-birinə güzəştə getmir. Belə olduqda gecikən də, işəgötürən də narazı olur. Nəqliyyatın adekvatlığının olmaması, metronun "ala-yarımçıq" işləməsi, digər nəqliyyat vasitələrinin insan sayına uyğun olmaması, həddindən çox tələsən insanların şəxsi avtomobillərdən ifrat dərəcədə istifadəsi nəticəsində sıxlıq yaranır. Bir insan bir kilometr məsafəni qət etmək üçün avtomobil idarə edəndə yollarda sıxlığın yaranması normaldır.

Təminat məsələsi ilə bağlı problemləri olan şəxslər növbəli iş rejimində çalışırlar. Bu zaman insan yorulur, stress çəkir. Azərbaycanda çalışan hər üç nəfərdən ikisi əlavə iş yerində çalışır. Həmçinin hər dörd nəfərdən birinin üçüncü iş yeri var. Əhalinin 15-20 faizi nisbi yoxsulluqdan, 5-7 faizi isə müxtəlif yoxsulluqdan əziyyət çəkir. Orta təbəqə isə müxtəlif qiymət artımları nəticəsində tez-tez deformasiyaya məruz qalır, say tərkibi dəyişir".

Nəqliyyat eksperti Eldəniz Cəfərov Lent.az-a açıqlamasında bildirib ki, daşıyıcı şirkətlərin əməkdaşları elə etməlidirlər ki, sərnişinlər ictimai nəqliyyatdan rahat istifadə etsinlər, sərnişinlərin öz aralarında, sərnişin-sürücü arasında müəyyən problemlər baş verməsin:

İctimai nəqliyyatda davranış qaydalarını daşıyıcı şirkətlər müəyyənləşdirirlər. Mən indiyə qədər görməmişəm ki, hansısa daşıyıcı şirkətə məxsus avtobuslarda sərnişinlər üçün xüsusi göstəriş lövhələri olsun, yoxdur. Bizdə qayda belədir ki, ictimai nəqliyyatın avtobus seqmentində sərnişinlər ön qapıdan daxil olub, orta və arxa qapıdan nəqliyyat vasitəsini tərk etməlidirlər. Bu, o deməkdir ki, sərnişinlər öndən arxaya doğru hərəkət etməli, müəyyən qaydalara riayət etməlidirlər. Amma bu barədə sərnişinlər məlumatlandırılmayıb. Daşıyıcı şirkətlərə məxsus nəqliyyat vasitələrində bu məlumatlar olmalıdır. Ya lövhələrdə qeyd edilməli, ya da ki, mütəmadi şəkildə sürücü mikrafonla nəzərə çatdırmalıdır, ya da ki, audiovizual şəkildə təqdim olumalıdır. Ancaq təəssüf ki, biz belə bir təşəbbüs görmürük.

Daşıyıcı şirkətlərin bəziləri nəinki sərnişinləri, heç sürücüləri də doğru təlimatlandırmırlar. Müşahidə edirik ki, bəzi sürücülər iş vaxtı avtobusu dayandırır, tərk edir, digər şəxslərlə mübahisə edir. Bu sürücülərə kim ixtiyar verib? Avtobus sürücüsünün heç bir ixtiyarı yoxdur ki, nəqliyyat vasitəsini tərk etsin, digər sürücülərlə dava etsin, onların avtomobillərinə yumruq vursun? Sürücüyə göstərişi, ancaq Dövlət Yol Polisi əməkdaşı verə bilər, ondan nə isə tələb edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 90   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahzadənin evinə basqın: nələr oğurlandı?

Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltonun malikanəsindən oğurlanan əşyaların siyahısı açıqlanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 23-də Norfolk qraflığında, kral II Çarlzın şəxsi mülkünün ərazisində yerləşən "Anmer Hall" malikanəsində qeydə alınıb

19:30 1
.

Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi

Prezident İlham Əliyev "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V, "SOCAR Absheron" və "ADNOC International ProjectC

16:49 134
.

Paşinyan Ermənistan gerbinin taleyinin referendumda həll ediləcəyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan üzərində Ağrı dağı (Ararat) təsvir olunan ölkə gerbinin taleyinin referendum yolu ilə xalq tərəfindən müəyyən ediləcəyini bildirib. xəbər verir ki, Paşinyan bu barədə "Armenpress"in yayımladığı brifinqdə danışıb. Ermənistan hakimiyyəti ölkənin yeni Konstitusiy

14:13 146
.

"Tələbələrin müraciətini nəzarətə götürmüşəm"

"BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanış olmaq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barəd

11:16 230
.

Sosial şəbəkədə təhqir və təhdidə məruz qalanlar nə etməlidir? - Vəkil AÇIQLADI

Sosial şəbəkələrdə təhqir, böhtan və təhdid halları istifadəçilərin şəxsi və işgüzar nüfuzuna, psixoloji vəziyyətinə, eləcə də təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Belə halların bir qismi saxta və anonim profillər vasitəsilə həyata keçirildiyindən zərərçəkənlər bəzən hüquqlarını necə müdafiə edəcəklərin

12:30 207
.

Soyuq duş xəstəlik riskini azalda bilər - Gözlənilməz təsiri

Soyuq duş qəbul etmək gündəlik həyatın faydalı vərdişlərindən birinə çevrilə bilər. Lakin onun insan orqanizminə təsiri ilə bağlı bəzi mühüm məqamlar var. xarici mediaya istinadən xəbər verir ki, müntəzəm olaraq soyuq duş qəbul etmək xəstəlik səbəbindən işə çıxılmayan günlərin sayının azalması ilə əlaqəl

20:00 1
.

İstifadəsiz torpaqlar Azərbaycanın iqtisadi inkişafına necə töhfə verə bilər?

İstifadəsiz kənd təsərrüfatı torpaqlarına yalnız iqtisadi dövriyyədən kənarda qalmış əmlak kimi deyil, həm də ölkənin gələcək aqrar və investisiya potensialının mühüm ehtiyatı kimi yanaşmaq lazımdır. Torpağın istifadəsiz qalması təkcə mülkiyyətçinin gəlir əldə edə bilməməsi deyil, eyni zamanda ölkə iqtisadiyyat

14:52 179
.

İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir

İraq ordusu ölkənin bir neçə bölgəsində, o cümlədən Kərkük əyalətində neft və neft məhsullarının qaçaqmalçılığının qarşısını almaq məqsədilə hərbi qüvvələrin dislokasiyasını həyata keçirir. "Report" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general Yəhya Rəsul "As-Sumaria"

26.11.2026 347
.

Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb

Qazaxıstanın Atırau vilayətində polis dövlət orqanlarının saxta xidməti vəsiqələrinin hazırlanması və satışını həyata keçirən kanal ifşa edilib. "Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Polis saxta sənədlərin hazırlanmasında şübhəl

26.11.2026 356
.