Həşəratlar koronavirus daşıyıcısıdır? – Diqqət olunmalı 7 MƏQAM

Həşəratlar koronavirus daşıyıcısıdır? – Diqqət olunmalı 7 MƏQAMYay özü ilə bol günəşli hava, istirahət, gəzinti ilə yanaşı heç sevmədiyimiz, çağırılmamış qonaqları da gətirir. Bəli, söhbət hiyləgərcəsinə ətrafda dolanıb "vız" səsləriylə can sıxan kiçik "qaniçənlər"dən gedir. Söhbət təkcə ağcaqanadlardan yox, ümumiyyətlə yaz-yay aylarında bizi narahat edən bütün həşəratlardan. Özlərindən sonra qaşınmalı və qızarmış yaralar qoyub gedən həşəratların gəlişinin dərdini indidən çəkmək yerinə düşür. İndi karantin rejimində hər kəsi narahat edən bir məsələ var: Həşəratlar koronavirusun yayılmasında rol oynaya bilərmi? Bizi hansı təhlükələr gözləyir? Bu təhlükənin qarşısını almaq üçün nələr etməliyik?

BiG.AZ-ın verdiyi xəbərə görə, Lent.az bu problemlə bağlı infeksionist-hepatoloq Vüsalə Yaşarla əlaqə saxlayıb:

"Həşəratlar vasitəsi ilə koronavirusun yayılması mümkün deyil. Çünki bu viruslar qan yolu ilə yoluxmur. Yalnız hava-damcı yolu ilə yoluxur. Bunun üçün də lazım olan məsləhətləri daim əhaliyə veririk. Həşəratlara görə narahatlığı sadəcə bizi sancmaları və vücudumuzda qoyduqları qaşınmalı yara izinə görə keçirməliyik. Onlar vasitəsi ilə biz koronavirusa yoluxa bilmərik".

Vüsalə xanımla olan söhbətdən sonra həşərat sancmaları ilə bağlı kiçik araşdırma apardıq. Bəli, həşəratlar bizi koronavirusa yoluxdurmayacaq, amma xoşagəlməz sancmaları ilə narahat edəcəklər. Bunun üçün nə etməliyik? Sancmasından sonra yaranan qaşınmanın qarşısını almaq üçün hansısa üsullar varmı?

Əlbəttə ki, var. Həm də təbii üsullar. Lent.az həşərat sancmasından sonra yaranan qaşınmanın qarşısını almağın 7 ən təbii üsulu sizə təqdim edir:

1. Buz kublar

Buz qaşıntı olan yeri keyidərək sancmadan sonra əmələ gələn şişmənin qarşısını alacaq. Buzları bir dəsmala bürüyüb 10 dəqiqə, ya da dözə biləcəyiniz qədər sancılan yerin üzərində saxlayın.

2. Paket çay

Çaydakı təbii tanin maddəsi qanamanın qarşısını alır. Büzücü təsiri ilə narahatedici toksinləri bədəninizdən ataraq, narahatlığınızı aradan qaldırar. Bir çay paketini qaşıntılarınız azalana qədər sancma nöqtəsi üzərinə qoyun.

3. Çay ağacı yağı.

Bir pambığa bir azca çay ağacı yağı batırın və sancma olan yerə yüngülcə sürtün. Lavanda və nanə yağı da eyni zamanda işinizə yaraya bilər.

4. Qabartma tozu.

Qabartma tozuna bir neçə damla su əlavə edin, bir qabda qarışdırın və birbaşa sancma olan yerə sürtün. Quruyana qədər gözləyin. Qabartma tozundakı maddələr qaşıntını azaltmağa kömək edəcək.

5. Əlbəttə ki, aloe vera.

Ümumiyyətlə günəş yanıqlarını müalicə etməkdə istifadə edilən aloe vera eyni zamanda ağcaqanad sancmalarına qarşı da effektlidir. Əgər təzə budaq tapsanız, bıçaqla yararaq dişlənən bölgənin üzərinə yüngülcə basdırın.

6. Soda.

Qida sodası ağcaqanadın dişləmə yerinin müalicəsi üçün ən geniş yayılan və asan yollardan biridir: 3 çay qaşığı sodanı 1 çay qaşığı su ilə qarışdırıb, pasta şəklinə salın. Alınan qarışığı qaşınan yerə qoyun və qurumasını gözləyn.

7. Limon.

Qaşınan yerə limon şirəsi də çəkmək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1557   Tarix: 19 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641