"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLARBiG.AZ-ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır.

Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:

Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüşə bilmirdik. Karantin günlərini necə keçirirsiniz? Covid 19 -la mübarizə sizin ailənizdə necə gedir?

Xoş gördük, Şahidə xanım! Əlbəttlə, çətin durumdur. Amma mən qorxaq insan olmadığım üçün yaxşı keçirirəm. Ailəm, övladlarım təbbi ki, ehtiyat edir, onları qorumaq üçün mən də əlimdən gələni edirəm. Qızım bu müddət ərzində bir dəfə də olsun çölə çıxmadı. İrəliyə baxmaq lazımdır, Allah insanın başına nə gətirəcəksə olacaq, bu xəstəlikdən olmasa da baş şeydən ölüm ola bilər. Qismətə çox inanıram.
"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLARBilirəm ki, jurnalistika sahəsinə təsadüfi gələn aparıcılardan deyilsiniz...

Bəli, mən uşaqlıq deməzdim, özümü dərk etdiyim zamandan bu sahəni sevmişəm və arxasıyca gedib yiyələnmişəm. Hətta məktəb vaxtı müəllimlərim "Sən gələcəyin Qənirə Paşayevası olacaqsan" deyirdilər. Bəlkə, eyni zonadan idik ona görə belə deyirdilər. BDU-nu bitirmişəm, daha sonra isə yazılı mətbuatda işləməyə başladım. İlk dəfə "Space" televiziyasında çalışmışam. 5 il "Space" televiziyasında işləmişəm. Açığı, indiki vəziyyətdə "Space"de işləsəydim utanardım.

Sizdə teleaparıcısınız və qəfil baş verən hadisələrdən sığortalı deyilsiniz. Son günlərdə efirdə Elgiz və xalq artisti Afaq Bəşirqızı arasında yaranmış gündəmə necə münasibət göstərirsiniz? Sizcə kimdir günahkar?

Mən düşünmürəm ki, orada günahkar şəxs var idi. Şəxsən mən danışarkən söyüşdən istifadə etmirəm. Ola bilər ki, Elgizlə Afaq xanım arasında səmimiyyət olub. Az da olsa, günah Elgizdədir. Gərək, canlı yayım zamanı telefonu açmazdı. Afaq xanım böyük sənətkardır, Elgiz qaldı kənarda... Yenə də deyirəm, bu günah deyil, onların danışıq tərzidir. Dost, rəfiqə arasında parol olur.
"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLARSizin başınıza belə hadisə gəlibmi? Efir zamanı çıxılmaz vəziyyətdə qalmısınızmı?

Sənət adamları bir az ağızlarının danışığını bilmir. Olub redaktor olduğum zamanlarda belə hadisələr... amma tez tədbir görmüşük. Mən hardan bilim ki, telefonu açacam söyüş eşidəcəm. Əslində, Elgiz də günahkar deyil. Olacağa çarə yoxdur.

Bir çox məşhurlar ailə ilə sənəti eyni arada apara bilmir. Sizin üçün də çətindir?

Ailə varsa, hər bir hərəkətinə diqqət edilir. Mən şanslıyam ki, mənim qarşıma məni başa düşən insan çıxıb. Məni başa düşən deyəndə, bu hər hərəkətimi deyil təbii ki... Yox, mən özümdə hərəkətlərimə nəzarət etməliyəm. Son dövrlər sosial şəbəkədə həyat yoldaşı ilə rəqs edən, reklam edən çoxalıb. Müəyyən şeylər var ki, onlar ailəiçi olmalıdır. Məsləhət xarakterli qadağaları olur. Mən özüm - öz hərəkətimə, geyimlərimə fikir verirəm. Mən başa düşə bilmirəm, işə necə şortiklə getmək olar?! Nə olsun, həyat yoldaşın sənə icazə verir? Özün hər şeyə diqqət etməlisən.
"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLARHəyat yoldaşınız hansı sahə ilə məşğuldur? Necə tanış olmusunuz?

Yoldaşım biznes sahəsində çalışır, vasitə ilə yəni, qohumlar tanış edib. Daha sonra bir-birimizi sevmişik. Əsas hörmətdir. Bizim aramızda hörmət həmişə olub. Yanlış söhbətdir ki, mən ailəmi sənətə qurban verdim. Sənətkarlarımız var ki, həm sənəti həm də ailəsi gözəldir. Xalq artisti Mələxanım Əyyubovanı misal gətirmək olar. O cümlədən, Rəşad İlyasov, Cabir Abdullayev, İlkin Əhmədov, Ayaz Qasımov və s. Birbirini başa düşən bu sənətdə çox ailələr var. Kişi nə etməlidir ki, qadını efirə çıxır ağzına gələni danışır, geyimin bilmir, şou xatirinə hər şey edir. Gecə saatlarında hansısa kişi ilə görüşə gedir və yaxud gecə ona mesaj gəlir. Deməli, o şəraiti qadın özü yaradıb. Mən çox rahatam, mənə gələn zəngləri yoldaşımın yanında mikrafonla açıram.
"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLARXəzər televiziyasına xalq artisti Murad Dadaşov gələndən sonra hər hansı qadağalar oldumu?

Xeyr, heç bir qadağa qoymayıb. Mən müəllif olaraq, hər zaman çalışıram ki, sənətkarların evinə gedim. Yəni, millətin görmək istədiyi insanların evlərində olum. Son zamanlar, şükür ki, hələ də belə bir problem olmayıb.

Əməkdar artist Könül Kərimova sizin verilişinizdə demişdi ki, oğluma estetiksiz gəlin istəyirəm. Onun bu sözləri cəmiyyətdə birmənalı qarşılanmadı. Siz necə düşünürsüz bu haqda?

Niyə?! Hər bir ananın öz arzusu var. Mən də çox istəyərəm ki, övladım imkanlı, qudurmuş qız almasın. Sadə, gözəl qız, uzunsaçlı, ali təhsilli, ev qızı olsun. Çox qəribədir ki, sosial şəbəkədə olan insanlar elə bil yanıqlıdırlar. Könül xanım həmişə estetikli olmayıb ki, onun da təbii halı olub. Sənətdə olan xanım özünə baxmalıdır. Əgər, bu tanınmışlar sizə maraqlı deyilsə, niyə izləyirsiz? Bir də görürsünüz mənə yazırlar ki, həyat yoldaşınızla niyə şəkil paylaşmırsız... Paylaşanda da artıq-əskik yazırlar, yoldaşımın qaşlarını müzakirə edirlər. Axı sizə onun nə aidiyyatı var?! Boşansaydım onu müzakirə edəcəkdilər. Tanınmış insansa bunu müzakirə edəcəklər.
"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLARHəmkarlarınızla aranız necədi?

Mən bütün həmkarlarımla aram yaxşıdır. Kimki, özünü rəqib görür onlar daim sənin yolunu kəsəcək. Mən pislik etməyi sevmirəm, amma mənə qarşı elə şey görsəm cavabını verərəm. Mən hər zaman özüm olmağa çalışmışam, heç vaxt kiməsə baxıb nəsə öyrənməmişəm. Amma, bəyəndiyim aparıcılar çoxdur.

Aldığınız maaşla dolana bilirsiz?

Mən heç vaxt tək maaşa möhtac qalmamışam. İşlədiyim müddətdə əlavə işlərim olur. Təbdirlərə gedirəm ki, qazancım olsun. Maaşla bağlı sıxıntım olmayıb. O maaşla gözəl həyat tərzi qurmaq ola bilməz. Kimsə gözəl yaşayırsa deməli, başqa yolla pul qazanır. İndi hər cür aparıcı, hər yolla pul qazanır. Aparıcı var ki, imkanlı sevgilisi var maşın alır, bahalı hədiyyələr alır. Çoxdur bizim telekanallar da elə aparıcı... onun aldığı maaşla onları etmək mümkün deyil. Mən bu barədə yalnız özümdən danışa bilərəm. Onlar mənə maraqlı deyil. Hər kəs öz adının sahibidir. İnsanlar var ki, qəsdən şəxsi həyatını ortaya qoyur. Hələ elələri var ki, bütün gün ərini reklam edir. Normal ailələrdə hamının əri var.
"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLARMəşhurların evlərində olursunuz, ən dəbdəbəli ev kimin olub?

Mətanət İsgəndərli və Könül Kərimovanın evi çox xoşuma gəlib. Amma bir çox məşhurlarımızın evi dəbdəbəlidir.

Sosial şəbəkədə aktivsiz, tez-tez şərhləri, xəbərləri oxuyursuz?

Sosial şəbəkələrdə biabırçılıqdır. Bir də görürsən ki, heç sənəti olmayan adam artıq tanınmış müğənnidir. Onları məşhur edən instaqram səhifələridir. Hətta, ödəniş edirlər ki, dalımca düş xəbərim yoxdur kimi çək məni. Hələ elə adamlar var ki, o yardımları şou etdilər. Biz özümüz də ailə olaraq yardım etdik. Birinci öz doğmalarına yardım et, sonra ətarfına edərsən.

Bahalı hədiyyə almısız?

Yox, Şahidə xanım, heç vaxt! Çünki hədiyyələr insana elə - belə verilmir. Mənə ancaq həyat yoldaşım hədiyyə ala bilər. Tutaq ki, kimsə mənə bahalı avtomobil hədiyyə edib, mən onu evə necə apara bilərəm? Yoldaşım deməz ki, bu nədir? Olub təbii ki, belə təkliflər amma heç vaxt hə deməmişəm. Bu hədiyyələr heç kimə boşuna verilmir. Desəm məni çox istəyən insan verib, deməz ki, səni niyə çox istəyir?! Birmənalı hamı bilir ki, bu hədiyyənin arxasında nəsə dayanır. Tədbirlərə baha getmirəm, halal qazancımı yeyirəm. Arzularım da qazancımla uyğun olur. Olub ki, ayda 3 min qazancım olub. Lap aşağı da qonararla tədbirə getmişəm.

Hansı müğənni zövqsüz, hansı zövqlüdür fikrinizcə?

Mənim fikrimcə zövqsüz müğənni daha çoxdur. Amma ad çəkmək istəmirəm. Mənim fikrimcə, Aygün, Röya, Günay İbrahimli, Sevda Yəhyayeva, Gülay çox zövqlü geyinir. İnsan çəkisinə, həyat tərzinə uyğun geyinməlidir.
"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLARSəhnədə olan subay xanımlardan hansını öz doğmanıza almaq istərdiniz?

Heç birini, heç vaxt almaram. Mən çox bilmiş qız almaram oğluma. Elə bir qızla ailə qursun ki, həyat tərzi normal olsun.

Olub ki, sizin gəliriniz yoldaşınızın gəlirindən çox olsun? Bu hər hansı problem yaradıbmı?

Olub belə hallar, amma bizim ailədə fərqi yoxdur. O halda ki, kişidən ayrılardım o evdə otursun mən qazanım. Əsas odur yoldaşım işləyir, az da qazansa çalışır. Bizim ailədə elə şey yoxdur.

Səmimi müsahibə üçün sizə təşəkkür edirəm!

Mən də sizə təşəkkür edirəm, Şahidə xanım!

Şahidə Tapdıq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 40043   Tarix: 27 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR

ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır. "Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb. Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:

06.09.2019 4222
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
TOP MP3